https://sputnik.az/20230906/menfeet-demokratiyadan-daha-qiymetlidir-avropa-rusiya-ile-ticaretini-genislendirir-458337196.html
Mənfəət demokratiyadan daha qiymətlidir. Avropa Rusiya ilə ticarətini genişləndirir
Mənfəət demokratiyadan daha qiymətlidir. Avropa Rusiya ilə ticarətini genişləndirir
Sputnik Azərbaycan
Almaniya Rusiya azot gübrələrinin alışını 334% artırıb. 06.09.2023, Sputnik Azərbaycan
2023-09-06T09:02+0400
2023-09-06T09:02+0400
2023-09-06T09:02+0400
rusiya
yazarlar
qaz
almaniya
https://cdnn1.img.sputnik.az/img/07e7/09/05/458336832_0:0:2955:1663_1920x0_80_0_0_5c271be3f845e43ea7c25d5753a983ed.jpg
BAKI, 6 sentyabr — Sputnik, Nadejda Sarapina. Almaniya Rusiya gübrələrinin alışını 334% artırıb. Öz istehsalı çox bahalaşıb və qazdan qurtulmağa çalışan Berlin Moskvadan yeni bir asılılığa düşüb. Məmurlar bundan narazıdırlar və idxala qadağa qoyulmasını tələb edirlər. Yeni sanksiyaların olub-olmayacağı haqqında daha ətraflı RİA Novosti-nin materialında. Əsas odur ki, qaz olmasınQaz embarqosu Avropa sənayesinin bütün sahələrinə təsir edib. Xüsusilə, Avropa İttifaqında (Aİ) kimyəvi maddələrin istehsalı dəfələrlə bahalaşıb. Belə ki, Almaniyada xərclər 150% artıb. Buna görə də Rusiyada alışları artırmaq lazımdır. Ötən ilin iyul ayından bu ilin iyun ayına qədər Berlin azot gübrələrinin idxalını 334% artırıb. Almaniya Kənd Təsərrüfatı Sənayesi Assosiasiyasının hesablamalarına görə, mövsüm ərzində yerli məhsulun ümumi həcmindəki payı 5,6%-dən 18%-ə qədər (38,5 min tondan 167 min tona qədər) artıb. Avropa İttifaqı isə bütövlükdə bir il əvvəlkindən beş dəfə çox idxal edib. "Berliner Zeitung" (BZ) nəşri sanksiyaların gübrələrə şamil olunmadığı üçün həcmlərin daha da artacağını düşünür. Lakin belə bir sıçrayış "müstəqillik uğrunda döyüşənləri" əsəbiləşdirir. Kənd Təsərrüfatı Assosiasiyasının idarəedici direktoru Martin Mey qeyd edib ki, kimyəvi maddələrin istehsalında xərclərin 90%-ə qədəri mavi yanacağın payına düşür. Rusiyanın enerji ehtiyatlarından imtina etmək üçün edilən bütün cəhdlərə baxmayaraq, Almaniya onları almağa davam edir - yalnız fərqli formada. Bild bildirir ki, alman sənayeçiləri rəqabət apara bilmirlər və müflis olurlar. Ən böyük "BASF" kimyəvi konserni artıq Lüdviqshafendəki ammonyak zavodunun bağlandığını elan edib. Bağlanma təhlükəsi altında olan digər nəhəng şirkət "SKW Stickstoffwerke Piesteritz GmbH"dir (SKWP). Burada on minə yaxın işçi çalışır. Məqalədə qeyd olunur ki, "İkinci Dünya Müharibəsindən, Sovet ekspropriasiyasından, ADR dövründən keçmiş" zavod Aİ-nin uzağı görə bilməyən siyasəti ucbatından fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Ancaq müəlliflər ucuz qazın rədd edilməsini deyil, hökumətin "qanlı gübrələri" qadağan etməməsini tənqid edirlər. Başqa seçim yoxdur İqtisadiyyat nazirləri və ayrı-ayrı bölgələrin merləri hökumətdən qətiyyətli addımlar tələb edirlər. İddialara görə, Rusiya guya daxili qazın qiymətlərini öz mülahizəsinə uyğun müəyyənləşdirir və bununla da bazarı ucuz gübrələrlə doldurur. Bu, Avropa müəssisələrini ən azı istehsalını azaltmağa məcbur edir. Lakin indiyədək müraciətlərin heç bir nəticəsi olmayıb. Ekspertlər qeyd edirlər ki, Avropanın alternativi yoxdur. İstehsal böhran keçən il başlayıb və cari hadisələr yalnız uzunmüddətli nəticələrdir. Bazar strukturu müəssisələrin gəlirləri üzərində nəzarət etməyi nəzərdə tutmur, buna görə də bu sahələr itkiləri bir-birinin hesabına kompensasiya etməyə çalışırlar. Belə şəraitdə Rusiya gübrələrinə qoyulan qadağa ölkənin kənd təsərrüfatını bitirəcək. Fermerlər onları yüksək tariflərlə ala bilməyəcəklər, məhsullarını itirməyə başlayacaqlar və ya müflisləşəcəklər. Rusiya hökuməti yanında Maliyyə Universitetinin "Logistikada Rəqəmsal Texnologiyalar" laboratoriyasının müdiri Dmitri Tarasov qeyd edir ki, Rusiya gübrələrin etibarlı tədarükçüsüdür, uzunmüddətli əməkdaşlıqda maraqlıdır və qarşılıqlı faydalı şərtlərlə işləmək iqtidarındadır. Lakin onun fikrincə, yeni embarqonun tətbiqi ehtimalı böyükdür. Təbii ki, bu, Aİ ölkələrinin iqtisadiyyatına zərbə vuracaq, lakin məntiqsiz siyasiləşdirilmiş qərarlar onlar üçün yeni deyil. Bizim üçün narahat olmayın Analitiklər əminliklə bildirirlər ki, hadisələrin bu cür inkişafı ilə belə, Rusiya istehsalçıları zərər görməyəcəklər. "Onlar diqqətini yeni tərəfdaşlara, o cümlədən qaz və neft-kimya sənayesi olmayan və hazır məhsula ehtiyacı olan inkişaf etməkdə davam edən ölkələrə yönəldirlər", - deyə Tarasov hesab edir. Bura Asiya, Afrika və Latın Amerikası dövlətləri də daxildir. Rusiya İqtisad Universitetinin iqtisadiyyat kafedrasının dosenti Aleksandr Timofeyev xatırladır ki, yerli kimyəvi maddələr yüzdən çox ölkədə satılır. Dünya ixracında Rusiyadan karbamidinin payı 12%, kalium xloridin payı isə 20% təşkil edir. Bu sahənin liderləri "EuroChem", "PhosAgro" və "Acron" beynəlxalq kimya şirkətləri ən yeni inkişaf strategiyalarını və proseslərin rəqəmsallaşdırılmasını tətbiq edirlər.BMT-nin hesabatı Rusiyadan gübrə ixracının 70% artdığını göstərir. Hindistan, Türkiyə və Vyetnam əsas alıcılar olaraq qalır. Braziliya ən böyük idxalçıya çevrilib və indi Afrika İttifaqı tədarükləri genişləndirmək üzərində işləyir. 15 il ərzində bu sahə məhsul istehsalını iki dəfə artırıb. Beş il ərzində iki trilyon rubldan çox investisiya qoyulması planlaşdırılır."Bu, dövriyyəni və mənfəəti ikiqat artıracaq", - deyə Timofeyev qeyd edir.Hazırda yerli şirkətlər dünya dövriyyəsinin altı-yeddi faizini təşkil edir və Çindən sonra ikinci yerdədirlər. Həm Rusiyada, həm də bütün dünyada kimyəvi maddələrə ehtiyac ildən-ilə 10-20% artır. Ekspertlərin fikrincə, aqrar-sənaye kompleksinin uğurları sayəsində istehlak ildə 10-15% artacaq. Buna görə də Avropa bazarının potensial itkisi belə istehsala heç bir şəkildə təsir etməyəcək.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/09/05/458336832_126:0:2855:2047_1920x0_80_0_0_2607c581311824c5d3bcc56bd11c6db4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
rusiya, qaz, almaniya
Mənfəət demokratiyadan daha qiymətlidir. Avropa Rusiya ilə ticarətini genişləndirir
Almaniya Rusiya azot gübrələrinin alışını 334% artırıb.
BAKI, 6 sentyabr — Sputnik, Nadejda Sarapina. Almaniya Rusiya gübrələrinin alışını 334% artırıb. Öz istehsalı çox bahalaşıb və qazdan qurtulmağa çalışan Berlin Moskvadan yeni bir asılılığa düşüb. Məmurlar bundan narazıdırlar və idxala qadağa qoyulmasını tələb edirlər. Yeni sanksiyaların olub-olmayacağı haqqında daha ətraflı RİA Novosti-nin materialında.
Əsas odur ki, qaz olmasın
Qaz embarqosu Avropa sənayesinin bütün sahələrinə təsir edib. Xüsusilə, Avropa İttifaqında (Aİ) kimyəvi maddələrin istehsalı dəfələrlə bahalaşıb. Belə ki, Almaniyada xərclər 150% artıb. Buna görə də Rusiyada alışları artırmaq lazımdır.
Ötən ilin iyul ayından bu ilin iyun ayına qədər Berlin azot gübrələrinin idxalını 334% artırıb. Almaniya Kənd Təsərrüfatı Sənayesi Assosiasiyasının hesablamalarına görə, mövsüm ərzində yerli məhsulun ümumi həcmindəki payı 5,6%-dən 18%-ə qədər (38,5 min tondan 167 min tona qədər) artıb. Avropa İttifaqı isə bütövlükdə bir il əvvəlkindən beş dəfə çox idxal edib.
"Berliner Zeitung" (BZ) nəşri sanksiyaların gübrələrə şamil olunmadığı üçün həcmlərin daha da artacağını düşünür. Lakin belə bir sıçrayış "müstəqillik uğrunda döyüşənləri" əsəbiləşdirir. Kənd Təsərrüfatı Assosiasiyasının idarəedici direktoru Martin Mey qeyd edib ki, kimyəvi maddələrin istehsalında xərclərin 90%-ə qədəri mavi yanacağın payına düşür. Rusiyanın enerji ehtiyatlarından imtina etmək üçün edilən bütün cəhdlərə baxmayaraq, Almaniya onları almağa davam edir - yalnız fərqli formada.
Bild bildirir ki, alman sənayeçiləri rəqabət apara bilmirlər və müflis olurlar. Ən böyük "BASF" kimyəvi konserni artıq Lüdviqshafendəki ammonyak zavodunun bağlandığını elan edib. Bağlanma təhlükəsi altında olan digər nəhəng şirkət "SKW Stickstoffwerke Piesteritz GmbH"dir (SKWP). Burada on minə yaxın işçi çalışır. Məqalədə qeyd olunur ki, "İkinci Dünya Müharibəsindən, Sovet ekspropriasiyasından, ADR dövründən keçmiş" zavod Aİ-nin uzağı görə bilməyən siyasəti ucbatından fəaliyyətini dayandırmaq təhlükəsi ilə üz-üzədir. Ancaq müəlliflər ucuz qazın rədd edilməsini deyil, hökumətin "qanlı gübrələri" qadağan etməməsini tənqid edirlər.
İqtisadiyyat nazirləri və ayrı-ayrı bölgələrin merləri hökumətdən qətiyyətli addımlar tələb edirlər. İddialara görə, Rusiya guya daxili qazın qiymətlərini öz mülahizəsinə uyğun müəyyənləşdirir və bununla da bazarı ucuz gübrələrlə doldurur. Bu, Avropa müəssisələrini ən azı istehsalını azaltmağa məcbur edir. Lakin indiyədək müraciətlərin heç bir nəticəsi olmayıb.
Ekspertlər qeyd edirlər ki, Avropanın alternativi yoxdur. İstehsal böhran keçən il başlayıb və cari hadisələr yalnız uzunmüddətli nəticələrdir.
Bazar strukturu müəssisələrin gəlirləri üzərində nəzarət etməyi nəzərdə tutmur, buna görə də bu sahələr itkiləri bir-birinin hesabına kompensasiya etməyə çalışırlar.
"Mineral gübrələrin istehsalçıları üçün qaz qiymətlərinin aşağı düşməsi ilə bu il asan olmayıb, enerji şirkətləri onu əvvəlki ayların yüksək qiymətləri ilə satmaqda davam edirlər. Onlar daha çox gəlir əldə edirlər, kimya zavodları isə məhv olmaq ərəfəsindədir", - deyə sənaye eksperti Leonid Xazanov izah edir.
Belə şəraitdə Rusiya gübrələrinə qoyulan qadağa ölkənin kənd təsərrüfatını bitirəcək. Fermerlər onları yüksək tariflərlə ala bilməyəcəklər, məhsullarını itirməyə başlayacaqlar və ya müflisləşəcəklər. Rusiya hökuməti yanında Maliyyə Universitetinin "Logistikada Rəqəmsal Texnologiyalar" laboratoriyasının müdiri Dmitri Tarasov qeyd edir ki, Rusiya gübrələrin etibarlı tədarükçüsüdür, uzunmüddətli əməkdaşlıqda maraqlıdır və qarşılıqlı faydalı şərtlərlə işləmək iqtidarındadır. Lakin onun fikrincə, yeni embarqonun tətbiqi ehtimalı böyükdür. Təbii ki, bu, Aİ ölkələrinin iqtisadiyyatına zərbə vuracaq, lakin məntiqsiz siyasiləşdirilmiş qərarlar onlar üçün yeni deyil.
Bizim üçün narahat olmayın
Analitiklər əminliklə bildirirlər ki, hadisələrin bu cür inkişafı ilə belə, Rusiya istehsalçıları zərər görməyəcəklər. "Onlar diqqətini yeni tərəfdaşlara, o cümlədən qaz və neft-kimya sənayesi olmayan və hazır məhsula ehtiyacı olan inkişaf etməkdə davam edən ölkələrə yönəldirlər", - deyə Tarasov hesab edir. Bura Asiya, Afrika və Latın Amerikası dövlətləri də daxildir.
Rusiya İqtisad Universitetinin iqtisadiyyat kafedrasının dosenti Aleksandr Timofeyev xatırladır ki, yerli kimyəvi maddələr yüzdən çox ölkədə satılır. Dünya ixracında Rusiyadan karbamidinin payı 12%, kalium xloridin payı isə 20% təşkil edir. Bu sahənin liderləri "EuroChem", "PhosAgro" və "Acron" beynəlxalq kimya şirkətləri ən yeni inkişaf strategiyalarını və proseslərin rəqəmsallaşdırılmasını tətbiq edirlər.
"PhosAgro" şirkəti bu korporasiyaların yüksək gəlir əldə edə biləcəklərini sübut edib. Onlar üç-dörd il ərzində istehsalını 35-37 milyon tona çatdırmağı planlaşdırırlar", - deyə ekspert əlavə edir.
BMT-nin hesabatı Rusiyadan gübrə ixracının 70% artdığını göstərir. Hindistan, Türkiyə və Vyetnam əsas alıcılar olaraq qalır. Braziliya ən böyük idxalçıya çevrilib və indi Afrika İttifaqı tədarükləri genişləndirmək üzərində işləyir.
15 il ərzində bu sahə məhsul istehsalını iki dəfə artırıb. Beş il ərzində iki trilyon rubldan çox investisiya qoyulması planlaşdırılır.
"Bu, dövriyyəni və mənfəəti ikiqat artıracaq", - deyə Timofeyev qeyd edir.
Hazırda yerli şirkətlər dünya dövriyyəsinin altı-yeddi faizini təşkil edir və Çindən sonra ikinci yerdədirlər. Həm Rusiyada, həm də bütün dünyada kimyəvi maddələrə ehtiyac ildən-ilə 10-20% artır. Ekspertlərin fikrincə, aqrar-sənaye kompleksinin uğurları sayəsində istehlak ildə 10-15% artacaq. Buna görə də Avropa bazarının potensial itkisi belə istehsala heç bir şəkildə təsir etməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.