https://sputnik.az/20230906/mektebli-formasi-olmayan-sagirdler-mektebe-buraxilmayacaqlar---nazirin-fikri-qetidir-458373176.html
Məktəbli forması olmayan şagirdlər məktəbə buraxılmayacaqlar - Nazirin fikri qətidir
Məktəbli forması olmayan şagirdlər məktəbə buraxılmayacaqlar - Nazirin fikri qətidir
Sputnik Azərbaycan
Emin Əmrullayev məktəbli forması almaq məsuliyyətinin valideynin üzərində olduğunu söyləyib. 06.09.2023, Sputnik Azərbaycan
2023-09-06T19:19+0400
2023-09-06T19:19+0400
2023-09-06T19:19+0400
forma
təhsil
məktəbli forması
emin əmrullayev
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1a/457152392_0:120:1280:840_1920x0_80_0_0_4fd96e224a120b0b137b8157b2fc3af6.jpg
BAKI, 6 sentyabr — Sputnik. "Sosial durumu zəif olan ailələr vahid məktəbli formasını əldə etmək üçün məktəb rəhbərliyinə müraciət edə bilərlər". Sputnik Azərbaycan xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib. "Tərəfdaşları olduğumuz korporativ şirkətlər həmin ailələrə kömək ola bilər" - nazir vurğulayıb. Amma nazir məktəbli forması almaq məsuliyyətinin valideynin üzərində olduğunu söyləyib. Qeyd edək ki, bu il tədris ilindən - respublikanın ümumtəhsil müəssisələrində yeni məktəbli formaları tətbiq edilədək. Çünki, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında" qərara əsasən, orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib. Artıq məktəbli geyimlərinin qiyməti də müəyyənləşib və satışa çıxarılıb. Hazırda 26 ölçüdən 54 ölçüyə qədər həm uzunqol, həm də qısaqol polo köynəklərin qiyməti 15 manatdır. Şalvar və ətəklərin qiyməti isə 25 manatdır. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub. Oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.Qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir. Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir. Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir. Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir. Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir. Təhsilalanların geyimi qış və yay formalarından ibarətdir (rənglər dəyişə bilər).
https://sputnik.az/20230906/mekteblere-telefon-getirmeye-icaze-verilecek-nazirden-sasirdici-cavab-458370493.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1a/457152392_0:0:1280:960_1920x0_80_0_0_a7595f4a073417ad71bbfc8a71f42bd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
forma, məktəbli forması, emin əmrullayev, elm və təhsil nazirliyi
forma, məktəbli forması, emin əmrullayev, elm və təhsil nazirliyi
Məktəbli forması olmayan şagirdlər məktəbə buraxılmayacaqlar - Nazirin fikri qətidir
Emin Əmrullayev məktəbli forması almaq məsuliyyətinin valideynin üzərində olduğunu söyləyib.
BAKI, 6 sentyabr — Sputnik. "Sosial durumu zəif olan ailələr vahid məktəbli formasını əldə etmək üçün məktəb rəhbərliyinə müraciət edə bilərlər".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
"Tərəfdaşları olduğumuz korporativ şirkətlər həmin ailələrə kömək ola bilər" - nazir vurğulayıb.
Amma nazir məktəbli forması almaq məsuliyyətinin valideynin üzərində olduğunu söyləyib.
"Valideyn onsuz da övladına məktəbə geyim almalıdır. Bu zaman sual olunur ki, şagird adi geyimdə məktəbə getsə yaxşıdır, yoxsa məktəbli formasında. Təbii ki, şagirdin məktəbli formasında dərsə getməsi daha yaxşıdır".
Qeyd edək ki, bu il tədris ilindən - respublikanın ümumtəhsil müəssisələrində yeni məktəbli formaları tətbiq edilədək. Çünki, dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında" qərara əsasən, orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib. Artıq məktəbli geyimlərinin qiyməti də müəyyənləşib və satışa çıxarılıb. Hazırda 26 ölçüdən 54 ölçüyə qədər həm uzunqol, həm də qısaqol polo köynəklərin qiyməti 15 manatdır. Şalvar və ətəklərin qiyməti isə 25 manatdır. Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub.
Oğlanlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.Qızlar üçün ətək - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.
Qızlar üçün şalvar - rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.
Qısaqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir.
Uzunqol köynək - rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir.
Önü bağlanılan cibli jaket - rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.
Təhsilalanların geyimi qış və yay formalarından ibarətdir (rənglər dəyişə bilər).