https://sputnik.az/20230906/mekteblere-telefon-getirmeye-icaze-verilecek-nazirden-sasirdici-cavab-458370493.html
Məktəblərə telefon gətirməyə icazə veriləcək? Nazirdən şaşırdıcı cavab
Məktəblərə telefon gətirməyə icazə veriləcək? Nazirdən şaşırdıcı cavab
Sputnik Azərbaycan
Emin Əmrullayev bildirib ki, bəzi məktəblərdə telefon məsələsi pilot qaydada yoxlanılır. Nəticələrə baxıb qərar verəcəklər. 06.09.2023, Sputnik Azərbaycan
2023-09-06T17:30+0400
2023-09-06T17:30+0400
2023-09-06T18:19+0400
telefon
təhsil
emin əmrullayev
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42422/54/424225448_0:0:3072:1728_1920x0_80_0_0_e7d86271dc2bc3adffc0ce0b44952a63.jpg
BAKI, 6 sentyabr — Sputnik. Məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib. O, bildirib ki, bu məsələ məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər: Nazir bildirib ki, şagird məktəbə telefon gətirə bilər. Sadəcə şagird həmin telefondan dərs prosesində istifadə etməməlidir. "Dərsi pozan şagird bəzən telefon olmadan da dərsi pozur" - deyə E.Əmrullayev qeyd edib. E.Əmrullayev həmçinin bildirib ki, 2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq. Nazir deyib ki, cari ildə 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb: "Ümumilikdə 318 dərslik 7,4 milyon nüsxədə çap olunub. Dərsliklər şəhər və rayon məktəblərinə göndərilib. Növbəti həftədən isə ucqar yerlərdə yerləşən məktəblərimiz də bu dərslikləri əldə edəcəklər".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42422/54/424225448_341:0:3072:2048_1920x0_80_0_0_93dea2a2b7f765ef91fbbbbfdedad63e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
telefon, emin əmrullayev, elm və təhsil nazirliyi
telefon, emin əmrullayev, elm və təhsil nazirliyi
Məktəblərə telefon gətirməyə icazə veriləcək? Nazirdən şaşırdıcı cavab
17:30 06.09.2023 (Yenilənib: 18:19 06.09.2023) Emin Əmrullayev bildirib ki, bəzi məktəblərdə telefon məsələsi pilot qaydada yoxlanılır. Nəticələrə baxıb qərar verəcəklər.
BAKI, 6 sentyabr — Sputnik. Məktəbə telefon gətirilməsini qadağan edən hüquqi norma yoxdur. Sputnik Azərbaycan xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili bağlı media üçün keçirilən brifinqdə deyib.
O, bildirib ki, bu məsələ məktəbin daxili qaydaları çərçivəsində tənzimlənə bilər:
"Lakin bu tip məsələlər nəzərdən keçirilir. Bəzi məktəblərdə telefondan istifadə məsələsi pilot qaydada yoxlanılır və bununla bağlı konkret qaydalar müəyyənləşdirilə bilər. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür".
Nazir bildirib ki, şagird məktəbə telefon gətirə bilər. Sadəcə şagird həmin telefondan dərs prosesində istifadə etməməlidir.
"Dərsi pozan şagird bəzən telefon olmadan da dərsi pozur" - deyə E.Əmrullayev qeyd edib.
E.Əmrullayev həmçinin bildirib ki, 2023-2024-cü tədris ilində Azərbaycan dili fənni üzrə dərs saatlarının sayı artırılacaq.
Nazir deyib ki, cari ildə 24 dərslik təkmilləşdirilib, 37 yeni dərslik hazırlanıb:
"Ümumilikdə 318 dərslik 7,4 milyon nüsxədə çap olunub. Dərsliklər şəhər və rayon məktəblərinə göndərilib. Növbəti həftədən isə ucqar yerlərdə yerləşən məktəblərimiz də bu dərslikləri əldə edəcəklər".