Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan-Belçika oyununu idarə edəcək hakimlər müəyyənləşib

© Sputnik / Alexey KudenkoFutbol topu, arxiv şəkli
Futbol topu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 06.09.2023
Abunə olmaq
Sentyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan-Belçika oyunu saat 17:00-da başlayacaq.
BAKI, 6 sentyabr — Sputnik. AVRO-2024-ün seçmə mərhələsində keçiriləcək Azərbaycan-Belçika oyununu idarə edəcək hakimlər açıqlanıb.
AFFA-nın rəsmi saytında gedən məlumata görə, qarşılaşma Serbiyadan olan hakimlər briqadasına həvalə olunub.
Referi Nenad Minakoviçə yan xətt hakimləri Slobodan Pavloviç və Nikola Boroviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Milan Mitiç yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 9-da "Dalğa Arena"da keçiriləcək Azərbaycan-Belçika oyunu saat 17:00-da başlayacaq.
Xəbər lenti
0