Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Rusiyalı məşqçinin klubu Kiyevin "Dinamo" klubu ilə razılığa gəlib

© Sputnik / Murad OrujovFutbolçu, arxiv
Futbolçu, arxiv - Sputnik Azərbaycan, 1920, 05.09.2023
Abunə olmaq
Yamaykanın hücumçu yarımmüdafiəçisi yaxın vaxtlarda Azərbaycan Premyer Liqasının cari mövsümündə uğursuz başlayan Bakının "Sabah" klubunu gücləndirə bilər.
BAKI, 5 sentyabr — Sputnik. Rusiyalı mütəxəssis Murad Musayevin rəhbərlik etdiyi Azərbaycanın "Sabah" futbol klubu Kiyevin "Dinamo" klubunun futbolçusunun transferi ilə bağlı razılığa gəlib.
Ukrayna mətbuatı xəbər verir ki, "Sabah" və "Dinamo" klubları Yamayka yığmasının 23 yaşlı futbolçusu Kahim Perrisi Azərbaycanın vitse-çempionuna transfer etmək barədə razılığa gəliblər. Razılaşmaya əsasən, hücumçu yarımmüdafiəçi icarə əsasında bir il "Sabah" klubunda oynayacaq. Bununla yanaşı, Bakı cari mövsümün sonunda onun müqaviləsini ala bilər.
Yamaykalı futbolçunun "Dinamo" klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır, ötən mövsüm Perris Kiyev komandasında 15 oyun keçirib və bu müddət ərzində 3 qol vurub.
Perris Ukraynaya gəlməmişdən əvvəl Sloveniyanın "Koper" klubunda oynayıb.
Qeyd edək ki, "Sabah" klubu Azərbaycan Premyer Liqasının cari mövsümünə uğursuz başlayıb. Beş turdan sonra Murad Musayevin komandası cəmi dörd xal toplayaraq turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. Düzdür, bakı oyunçuların daha bir oyunu da var.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0