Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Rusiya Top-5-də: Azərbaycanın qeyri-neft məhsullarının ən böyük idxalçıları açıqlanıb

© Photo : Port of Baku - Press OfficeBakı beynəlxalq limanı, arxiv şəkli
Bakı beynəlxalq limanı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 04.09.2023
Abunə olmaq
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın ixracının ümumi həcmi 20,8 milyard dollar təşkil edib, qeyri-neft sektorunda ixrac isə 2 milyard dollara yüksəlib.
BAKI, 4 sentyabr — Sputnik. Rusiya 2023-cü ilin yanvar-iyul aylarının yekunlarına əsasən Azərbaycanın qeyri-neft məhsullarını idxal edən ölkələr siyahısına başçılıq edir.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesabatına deyilir.
Məlumata görə, cari ilin yeddi ayı ərzində Rusiyaya ötən ilin müvafiq dövrü üçün 462,2 milyon dollara qarşı 641,9 milyon dollar dəyərində Azərbaycan məhsulları tədarük edilib.
Eyni zamanda, Avrasiya İqtisadi İttifaqının (Aİİ) digər iştirakçısı - Qazaxıstan da 2022-ci ilin 7 ayı ərzində 32,3 milyon dollara qarşı 66,5 milyon dollar dəyərində mal alaraq Azərbaycanın qeyri-neft məhsullarının ilk 5 idxalçısı sırasına daxil olub.
Bundan əlavə, bu siyahıya Türkiyə (555,1 milyon dollar), Gürcüstan (198,7 milyon dollar) və İsveçrə (81,8 milyon dollar) da daxildir.
Qeyri-neft ixracı artıb
Hesabatda bildirilir ki, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanın ümumi ixracı 20,8 milyard dollar təşkil edib, qeyri-neft sektorunda ixrac isə 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 17,8% artaraq 2 milyard dollara çatıb.
Bu ilin yanvar-iyul aylarında elektrik enerjisinin ixracı 5,5 dəfə, spirtli və alkoqolsuz içkilərin ixracı 4,4 dəfə, şəkərin ixracı 46,6 %, meyvə-tərəvəzin ixracı isə 6,1% artıb.
Məlumata görə, 2023-cü ilin iyul ayında qeyri-neft ixracı ötən ilin müvafiq ayı ilə müqayisədə 0,4% artaraq 233,2 milyon dollar təşkil edib. Cari ilin iyul ayında xarici ölkələrə ərzaq məhsullarının tədarükü 60,1 milyon dollar, qeyri-ərzaq mallarının tədarükü isə 173,2 milyon dollar artıb.
Yük konteynerləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.08.2023
İQTİSADİYYAT
Azərbaycanın qeyri-neft ixracı nə qədər artıb?
Xəbər lenti
0