https://sputnik.az/20230810/azerbaycanin-qeyri-neft-ixraci-ne-qeder-artib-457597571.html
Azərbaycanın qeyri-neft ixracı nə qədər artıb?
Azərbaycanın qeyri-neft ixracı nə qədər artıb?
Sputnik Azərbaycan
Təkcə iyulda qeyri-neft ixracının dəyəri 233,2 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur. 10.08.2023, Sputnik Azərbaycan
2023-08-10T22:33+0400
2023-08-10T22:33+0400
2023-08-10T22:33+0400
qeyri-neft
iqtisadiyyat
ixrac
milyon
dollar
elektrik enerjisi
məhsul
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435114413_2:0:3643:2048_1920x0_80_0_0_e5cf9718d397567e4c525da790d96fe8.jpg
BAKI, 10 avqust — Sputnik. Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 % çoxdur. Təkcə iyul ayında qeyri-neft ixracının dəyəri 233,2 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur. Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə Azərbaycan elektrik enerjisi ixracını 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracını 4,4 dəfə, şəkər ixracını 53,1 %, meyvə-tərəvəz ixracını isə 46,6 % artıb. 7 ay ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 540,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 10,6% artım deməkdir. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin eyni dövrü ilə müqayisədə 41,3 % artaraq 119,4 milyon ABŞ dolları təşkil edib. Ötən ay yeyinti məhsulları üzrə ixracın dəyəri 60,1 milyon ABŞ dolları (2,7 % az), qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 173,2 milyon ABŞ dolları (1,5 % çox) olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0c/435114413_457:0:3188:2048_1920x0_80_0_0_5ef47bd4f0ba6accd1b0e9cf1c479fab.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qeyri-neft, ixrac, milyon, dollar, elektrik enerjisi, məhsul
qeyri-neft, ixrac, milyon, dollar, elektrik enerjisi, məhsul
Azərbaycanın qeyri-neft ixracı nə qədər artıb?
Təkcə iyulda qeyri-neft ixracının dəyəri 233,2 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur.
BAKI, 10 avqust — Sputnik. Bu ilin yanvar-iyul aylarında Azərbaycan 2 milyard ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,8 % çoxdur.
Təkcə iyul ayında qeyri-neft ixracının dəyəri 233,2 milyon ABŞ dolları olub ki, bu da 1 il əvvələ nisbətən 0,4 % çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.
Son 1 ildə Azərbaycan elektrik enerjisi ixracını 5,5 dəfə, spirtli və spirtsiz içkilərin ixracını 4,4 dəfə, şəkər ixracını 53,1 %, meyvə-tərəvəz ixracını isə 46,6 % artıb.
7 ay ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 540,2 milyon ABŞ dolları təşkil edib ki, bu da 10,6% artım deməkdir. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər isə ötən ilin eyni dövrü ilə müqayisədə 41,3 % artaraq 119,4 milyon ABŞ dolları təşkil edib.
Ötən ay yeyinti məhsulları üzrə ixracın dəyəri 60,1 milyon ABŞ dolları (2,7 % az), qeyri-yeyinti məhsulları üzrə ixracın dəyəri isə 173,2 milyon ABŞ dolları (1,5 % çox) olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.