https://sputnik.az/20230903/zelzele-ile-elaqedar-agstafa-baki-sernisin-qatarinin-suret-heddi-endirilib-458275278.html
Zəlzələ ilə əlaqədar qatarların sürət həddi endirilib: kənd evlərində çatlar əmələ gəlib
Zəlzələ ilə əlaqədar qatarların sürət həddi endirilib: kənd evlərində çatlar əmələ gəlib
Sputnik Azərbaycan
Dəmir yolunda yaranmış problemə görə qatarların sürəti endirilib
2023-09-03T22:40+0400
2023-09-03T22:40+0400
2023-09-03T23:19+0400
cəmiyyət
zəlzələ
kürdəmir
ağstafa
dəmir yolu
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0f/441148283_0:150:1600:1050_1920x0_80_0_0_a4ca04c6bd0a661faf48084b8bf79a4c.jpg
BAKI, 3 sentyabr - Sputnik. Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndlərindəki evlərdə çatlar əmələ gəlib.Çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.Hal-hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar.Eyni zamanda, Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli "Report"a açıqlamasında bildirib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin törətdiyi fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ baş verib.Zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi endirilibBaş vermiş zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi 50 km/saata endirilib.Sentyabrın 3-də saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda - Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yolları müvafiq xidmət sahələrində infrastruktur obyektlərinə texniki baxış keçirməyə başlayıb, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılır. İnfrastrukturda aparılan operativ texniki baxışla əlaqədar olaraq Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi 50 km/saata endirilib, yük qatarlarının hərəkəti isə müvəqqəti olaraq dayandırılıb.
https://sputnik.az/20230903/xezer-denizinde-zelzele-bas-verib-453537223.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/04/0f/441148283_0:0:1600:1200_1920x0_80_0_0_d79caf550f4a1cf25199d32042231323.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dəmir yolu zəlzələ qatarların sürəti
dəmir yolu zəlzələ qatarların sürəti
Zəlzələ ilə əlaqədar qatarların sürət həddi endirilib: kənd evlərində çatlar əmələ gəlib
22:40 03.09.2023 (Yenilənib: 23:19 03.09.2023) Kürdəmir rayonunda baş vermiş zəlzələ nəticəsində Ərəbxana, Atakişili və Xırdapay kəndlərindəki evlərdə çatlar əmələ gəlib.
BAKI, 3 sentyabr - Sputnik. Kürdəmirdə baş vermiş zəlzələ nəticəsində rayonun bir neçə kəndlərindəki evlərdə çatlar əmələ gəlib.
Çatlar əsasən rayonun Ərəbxana, Atakişili və Xırdapay kəndlərində qeydə alınıb.
Hal-hazırda aidiyyəti qurumların əməkdaşları rayonun digər ərazilərində fəsadların baş verib-verməməsi ilə bağlı araşdırma aparırlar.
Eyni zamanda, Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli "Report"a açıqlamasında bildirib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin törətdiyi fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Xatırladaq ki, sentyabrın 3-də, saat 20:35-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ baş verib.
Zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi endirilib
Baş vermiş zəlzələ ilə əlaqədar Ağstafa-Bakı sərnişin qatarının sürət həddi 50 km/saata endirilib.
Sentyabrın 3-də saat 20:35 radələrində Kürdəmir stansiyasından 14 km cənubda - Kürdəmir rayonunda baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yolları müvafiq xidmət sahələrində infrastruktur obyektlərinə texniki baxış keçirməyə başlayıb, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılır.
İnfrastrukturda aparılan operativ texniki baxışla əlaqədar olaraq Ağstafa-Bakı marşrutu üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddi 50 km/saata endirilib, yük qatarlarının hərəkəti isə müvəqqəti olaraq dayandırılıb.