https://sputnik.az/20230903/xezer-denizinde-zelzele-bas-verib-453537223.html
Azərbaycanın on beş rayonunda zəlzələ olub: Hələlik dağıntı və tələfat yoxdur - VİDEO
Azərbaycanın on beş rayonunda zəlzələ olub: Hələlik dağıntı və tələfat yoxdur - VİDEO
Sputnik Azərbaycan
Bu axşam baş verən zəlzələ 5,2 bal gücündə olub
2023-09-03T22:07+0400
2023-09-03T22:07+0400
2023-09-03T22:47+0400
hadisə
xəzər dənizi
zəlzələ
maqnituda
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216558_0:160:3072:1888_1920x0_80_0_0_a0d289a4dbbc24a900ea9a35f44557fc.jpg
BAKI, 3 sentyabr - Sputnik. Kürdəmirdə baş verən 5.2 maqnitudalı zəlzələ zamanı rayon Fövqəladə Hallar Komissiyasına bir neçə məlumat daxil olsa da, hələlik ciddi dağıntı və tələfatla bağlı müraciət qeydə alınmayıb.Bunu Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli bildirib.O qeyd edib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.Xatırladaq ki, bu gün yerli vaxtla saat 20:38-də Kürdəmirdə 5,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Ağdam, Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.***Kürdəmir rayonunda qeydə alınmış 5,2 maqnitudalı zəlzələ nəticəsində hələlik hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.“Zəlzələ nəticəsində hazırkı vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - Nazirlik bildirib. Xatırladaq ki, bu gün saat 20:38-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Zəlzələ Kürdəmir stansiyandan 14 km cənubda qeydə alınıb. Zəlzələ ocağı 52 km dərinlikdə yerləşib.***Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Kürdəmir stansiyasınndan 14 km cənubda Kürdəmir ərazisində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ episentrdə 5 bala qədər, Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.***Ağdamda və Azərbaycanın bir neçə digər rayonunda 5, 1 maqnitudalı zəlzələ olub.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.Zəlzələ Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında hiss olunub.Sosial şəbəkə istifadəçiləri Sabirabad rayonunda da zəlzələnin hiss edildiyini bildiriblər. 09.08.23, 21:53Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:38-də Saatlı rayonunda zəlzələ qeydə alınıb.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.Maqnitudası 4 olan zəlzələ ocağının dərinliyi 52 kilometr olub. Zəlzələ Saatlıda və Beyləqanda hiss olunub.08.08.23, 20:39Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 19:48-da Xəzər dənizində zəlzələ qeydə alınıb.Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.Maqnitudası 3.2 olan zəlzələ ocağının dərinliyi 62 kilometr olub.07.04.23, 20:39Bu gün Xəzər dənizində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ saat 20:03-də qeydə alınıb.Yerin 62 kilometr dərinliyində baş verən təkanların gücü 3,9 bal olub.Bundan əvvəl Xəzərdə zəlzələ fevralın 15-də qeydə alınmışdı. Yerli vaxtla saat 15:42-da Xəzər dənizində baş verən həmin təkanların maqnitudası 3,1, dərinliyi isə 60 km olub.Ondan iki gün əvvəl, fevralın 13-də, yerli vaxtla saat 14:19-da qeydə alınan yeraltı təkanın dərinliyi də 60 kilometr olub. Həmin zəlzələnin maqnitudası 3,4-ə bərabər idi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452216558_171:0:2902:2048_1920x0_80_0_0_b749c8fd56c69975d6323dbce7f02190.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ on beş rayon qorxulu anlar azərbaycanda zəlzələ
zəlzələ on beş rayon qorxulu anlar azərbaycanda zəlzələ
Azərbaycanın on beş rayonunda zəlzələ olub: Hələlik dağıntı və tələfat yoxdur - VİDEO
22:07 03.09.2023 (Yenilənib: 22:47 03.09.2023) Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ episentrdə 5 bala qədər, Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.
BAKI, 3 sentyabr - Sputnik. Kürdəmirdə baş verən 5.2 maqnitudalı zəlzələ zamanı rayon Fövqəladə Hallar Komissiyasına bir neçə məlumat daxil olsa da, hələlik ciddi dağıntı və tələfatla bağlı müraciət qeydə alınmayıb.
Bunu Kürdəmir rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Ağali Kərimli bildirib.
O qeyd edib ki, hazırda şəhər də daxil olmaqla, kəndlərdə zəlzələnin fəsadlarının olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 20:38-də Kürdəmirdə 5,2 maqnitudalı zəlzələ baş verib. Zəlzələ Ağdam, Qəbələ, İsmayıllı, Ağsu ,Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar və Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.
Kürdəmir rayonunda qeydə alınmış 5,2 maqnitudalı zəlzələ nəticəsində hələlik hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.
“Zəlzələ nəticəsində hazırkı vaxtadək hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, - Nazirlik bildirib.
Xatırladaq ki, bu gün saat 20:38-də Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub. Zəlzələ Kürdəmir stansiyandan 14 km cənubda qeydə alınıb. Zəlzələ ocağı 52 km dərinlikdə yerləşib.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Kürdəmir stansiyasınndan 14 km cənubda Kürdəmir ərazisində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ episentrdə 5 bala qədər, Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.
Ağdamda və Azərbaycanın bir neçə digər rayonunda 5, 1 maqnitudalı zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.
Zəlzələ Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında hiss olunub.
Sosial şəbəkə istifadəçiləri Sabirabad rayonunda da zəlzələnin hiss edildiyini bildiriblər.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:38-də Saatlı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Maqnitudası 4 olan zəlzələ ocağının dərinliyi 52 kilometr olub. Zəlzələ Saatlıda və Beyləqanda hiss olunub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 19:48-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Maqnitudası 3.2 olan zəlzələ ocağının dərinliyi 62 kilometr olub.
Bu gün Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ saat 20:03-də qeydə alınıb.
Yerin 62 kilometr dərinliyində baş verən təkanların gücü 3,9 bal olub.
Bundan əvvəl Xəzərdə zəlzələ fevralın 15-də qeydə alınmışdı. Yerli vaxtla saat 15:42-da Xəzər dənizində baş verən həmin təkanların maqnitudası 3,1, dərinliyi isə 60 km olub.
Ondan iki gün əvvəl, fevralın 13-də, yerli vaxtla saat 14:19-da qeydə alınan yeraltı təkanın dərinliyi də 60 kilometr olub. Həmin zəlzələnin maqnitudası 3,4-ə bərabər idi.