https://sputnik.az/20230903/azerbaycan-premyer-liqasinda-sebail-qarabage-yenib-458274042.html
Azərbaycan Premyer Liqasında “Səbail” “Qarabağ”ı yenib
Azərbaycan Premyer Liqasında “Səbail” “Qarabağ”ı yenib
Sputnik Azərbaycan
Qurban Qurbanovun yetirmələrindən biabırçı məğlubiyyət
2023-09-03T21:28+0400
2023-09-03T21:28+0400
2023-09-03T21:40+0400
idman
futbol
qarabağ
"qarabağ" fk
qarabağ futbolçuları
səbail
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457801500_0:418:2048:1570_1920x0_80_0_0_c793201638eb5ed0b5938834d6d48d6d.jpg
BAKI, 3 sentyabr - Sputnik. Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.Turun son oyununda çempion “Qarabağ” meydana çıxıb.Ağdam təmsilçisi “ASCO Arena”da “Səbail”in qonağı olub. Qurban Qurbanovun yetirmələri erkən qolla hesabı açıblar. 3-cü dəqiqədə Hamidu Keyta fərqlənib. Lakin meydan sahibləri fasiləyə qədər vəziyyəti xeyirlərinə dəyişə biliblər. 17-ci dəqiqədə penaltidən “status-kvo”nu bərpa edən Aleksandr Ramalinqom 42-ci dəqiqədə dubla imza atıb.İkinci hissə qarşılıqlı hücumlarla keçsə də, komandalar əllərinə düşən imkanlardan yararlana bilməyiblər. Nəticədə güclü rəqibini 2:1 hesabı ilə məğlub edən “Səbail” ardıcıl ikinci qalibiyyətini əldə edib. Beş turdan sonra hər iki komandanın hesabında 7 xal var.Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sabah”a (3:0), “Neftçi” “Sumqayıt”a (1:0), “Araz-Naxçıvan” “Kəpəz”ə (2:1) səfərdə, “Qəbələ” “Zirə”yə (1:0) evdə qalib gəlib (Report).Qeyd edək ki, Premyer Liqada VI turun matçları 16-17 sentyabrda tarixlərində keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/12/457801500_0:413:2048:1950_1920x0_80_0_0_aefde6a1376eec36d8bfa7b32afaade1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qurban qurbanovun yetirmələrindən biabırçı məğlubiyyət qarabağ komandası azərbaycan premyer liqası
qurban qurbanovun yetirmələrindən biabırçı məğlubiyyət qarabağ komandası azərbaycan premyer liqası
Azərbaycan Premyer Liqasında “Səbail” “Qarabağ”ı yenib
21:28 03.09.2023 (Yenilənib: 21:40 03.09.2023) Güclü rəqibini 2:1 hesabı ilə məğlub edən “Səbail” ardıcıl ikinci qalibiyyətini əldə edib.
BAKI, 3 sentyabr - Sputnik. Azərbaycan Premyer Liqasında V tura yekun vurulub.
Turun son oyununda çempion “Qarabağ” meydana çıxıb.
Ağdam təmsilçisi “ASCO Arena”da “Səbail”in qonağı olub. Qurban Qurbanovun yetirmələri erkən qolla hesabı açıblar. 3-cü dəqiqədə Hamidu Keyta fərqlənib. Lakin meydan sahibləri fasiləyə qədər vəziyyəti xeyirlərinə dəyişə biliblər. 17-ci dəqiqədə penaltidən “status-kvo”nu bərpa edən Aleksandr Ramalinqom 42-ci dəqiqədə dubla imza atıb.
İkinci hissə qarşılıqlı hücumlarla keçsə də, komandalar əllərinə düşən imkanlardan yararlana bilməyiblər. Nəticədə güclü rəqibini 2:1 hesabı ilə məğlub edən “Səbail” ardıcıl ikinci qalibiyyətini əldə edib. Beş turdan sonra hər iki komandanın hesabında 7 xal var.
Turun əvvəlki oyunlarında “Turan Tovuz” “Sabah”a (3:0), “Neftçi” “Sumqayıt”a (1:0), “Araz-Naxçıvan” “Kəpəz”ə (2:1) səfərdə, “Qəbələ” “Zirə”yə (1:0) evdə qalib gəlib (Report).
Qeyd edək ki, Premyer Liqada VI turun matçları 16-17 sentyabrda tarixlərində keçiriləcək.