https://sputnik.az/20230901/yuksek-neticeler-gostermis-idmancilara-mukafat-verilecek-458246480.html
Yüksək nəticələr göstərmiş idmançılara mükafat veriləcək
Yüksək nəticələr göstərmiş idmançılara mükafat veriləcək
Sputnik Azərbaycan
XXXI Ümumdünya Yay Universiadası və Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılacaq 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T20:18+0400
2023-09-01T20:18+0400
2023-09-01T23:10+0400
idman
sərəncam
prezident ilham əliyevin sərəncamı
idmançı
idmançılar
gənclər və idman nazirliyi
prezidentin ehtiyat fondu
ehtiyat fondu
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_0:0:2000:1125_1920x0_80_0_0_8978802cc7f124da7b230d45640a401f.jpg
BAKI, 1 sentyabr - Sputnik. Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında və Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 291 200 (iki yüz doxsan bir min iki yüz) manat vəsait ayrılıb.Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi və ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə və ödənilməsinə dair qaydanı 15 gün müddətində hazırlayıb təsdiq etməli, ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir.Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42229/49/422294976_227:0:2000:1330_1920x0_80_0_0_0599f968c96fce42e0d350164144a692.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sərəncam, prezident ilham əliyevin sərəncamı, idmançı, idmançılar, gənclər və idman nazirliyi, prezidentin ehtiyat fondu, ehtiyat fondu
sərəncam, prezident ilham əliyevin sərəncamı, idmançı, idmançılar, gənclər və idman nazirliyi, prezidentin ehtiyat fondu, ehtiyat fondu
Yüksək nəticələr göstərmiş idmançılara mükafat veriləcək
20:18 01.09.2023 (Yenilənib: 23:10 01.09.2023) XXXI Ümumdünya Yay Universiadası və Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş idmançılar mükafatlandırılacaq
BAKI, 1 sentyabr - Sputnik. Çinin Çendu şəhərində keçirilən XXXI Ümumdünya Yay Universiadasında və Sloveniyanın Maribor şəhərində keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 291 200 (iki yüz doxsan bir min iki yüz) manat vəsait ayrılıb.
Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.
Gənclər və İdman Nazirliyi idmançılar arasında rəqabətin səviyyəsi və ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançıların onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə və ödənilməsinə dair qaydanı 15 gün müddətində hazırlayıb təsdiq etməli, ayrılmış vəsaitin nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etməlidir.
Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.