Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Həmin gün yaddaşımda silinməz olaraq qalır - Azərbaycanın cüdo üzrə dünya çempionu

© AFP 2024 / OLIVIER MORINСоревнование по дзюдо, фото из архива
Соревнование по дзюдо, фото из архива - Sputnik Azərbaycan, 1920, 01.09.2023
Abunə olmaq
Azərbaycanın dünya çempionatında cüdo üzrə yeganə qızıl medal mükafatçısı Elxan Məmmədovun qələbəsindən on il ötür.
BAKI, 1 sentyabr — Sputnik. Dünya çempionu titulunu qazandığımdan on il keçir. Həmin gün yaddaşımda silinməz olaraq qalır.
Bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə açıqlama verən 41 yaşlı sabiq idmançı, cüdo üzrə Dünya Çempionatında qızıl medal qazan Elxan Məmmədov deyib.
"Yaş irəliləyir və elit idmanla vidalaşmalıyam fikirlərinə baxmayaraq, 31 yaşımda idman karyeramın zirvəsinə yüksəldim və Dünya çempionu oldum. Mən hər kəsə sübut etdim ki, yaş hər zaman mühüm rol oynamır. İdmançı əzmkarlığın, ruhən gücün, nizam-intizamın sahəsində yaxşı formada qala bilər. Həmin gün mənim üçün çox gözəl və şərəfli idi, çünki tarixdə ilk dəfə Azərbaycan bayrağı Dünya çempionatında dalğalandı. Beynəlxalq turnirlərdə bir neçə dəfə mükafatlandırılsam da, Dünya çempionatı fərqli idi" - çempion əlavə edib.
E.Məmmədov hazırda fəaliyyətini məşqçi kimi davam etdirir:

"Cüdo mənim həyatımdır. Hazırda da karyeramı məşqçi kimi davam etdirirəm. Hər turnirə idmançılarla bərabər hazırlaşıram və hər bir görüşün həyəcanını onlarla birgə bölüşürəm. Bütün biliklərimi və təcrübəmi idmançılarla paylaşıram”.

Qeyd edək ki, E.Məmmədov 2013-cü ildəki qələbəsindən savayı, 2010-cu ildə Tokiodakı Dünya çempionatında bürünc medal qazanıb. O, 2017-ci ildəki Avropa çempionatının qızıl, 2008-ci ilin qitə birinciliyinin gümüş, 2009 və 2010-cu illərdə isə bürünc mükafatçısı olub (Report).
Xatırladaq ki, 2013-ci il avqustun 31-də E. Məmmədov Braziliyanın şəhəri olan Rio-de-Janeyroda dünya çempionu titulunu qazanıb.
Xəbər lenti
0