https://sputnik.az/20230901/15-yasina-catmis-usaqlar-arasinda-oxudugu-metnin-menasini-basa-dusen-azdir---nazir-458228557.html
15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır - Nazir
15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır - Nazir
Sputnik Azərbaycan
Emin Əmrullayevin sözlərinə görə, 10 yaşlı şagirdlərin də 40 faizinin tam olaraq oxuduğu mətni anlaya bilmir. 01.09.2023, Sputnik Azərbaycan
2023-09-01T12:46+0400
2023-09-01T12:46+0400
2023-09-01T12:46+0400
emin əmrullayev
təhsil
elm və təhsil nazirliyi
uşaqlar
sertifikasiya
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433799_0:0:2000:1125_1920x0_80_0_0_8101786f4d0492106224d5a6ae2c6004.jpg
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycanda 15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib. "Əksəriyyət oxuduğu mətni anlamırsa, bu ciddi çətinlik yaradır. Digər tərəfdən, oxuduğunu anlamayan adamın özünü ifadə ilə də bağlı problem yaşanır. Digər maraqlı məqam isə, on yaşlı şagirdlərin 40 faizinin tam olaraq oxuduğu mətni anlaya bilməməsidir", - nazir qeyd edib. Xatırladaq ki, bundan əvvəl Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin təxminən 60 faizi oxuduğunu başa düşmədiyini söyləmişdi. Nazirin bu çıxışı geniş səs-küyə səbəb olmuşdu.
https://sputnik.az/20230901/tedris-diger-dillerde-aparilan-mekteblere-nazirden-mesaj-458227292.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/15/437433799_227:0:2000:1330_1920x0_80_0_0_7f8d2b6ed55b15599a3f6906f8436833.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
emin əmrullayev, elm və təhsil nazirliyi, uşaqlar, sertifikasiya
emin əmrullayev, elm və təhsil nazirliyi, uşaqlar, sertifikasiya
15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır - Nazir
Emin Əmrullayevin sözlərinə görə, 10 yaşlı şagirdlərin də 40 faizinin tam olaraq oxuduğu mətni anlaya bilmir.
BAKI, 1 sentyabr — Sputnik. Azərbaycanda 15 yaşına çatmış uşaqlar arasında oxuduğu mətnin mənasını başa düşən azdır. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib. "Əksəriyyət oxuduğu mətni anlamırsa, bu ciddi çətinlik yaradır. Digər tərəfdən, oxuduğunu anlamayan adamın özünü ifadə ilə də bağlı problem yaşanır. Digər maraqlı məqam isə, on yaşlı şagirdlərin 40 faizinin tam olaraq oxuduğu mətni anlaya bilməməsidir", - nazir qeyd edib.
Xatırladaq ki, bundan əvvəl Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı Azərbaycanda 25 yaşdan yuxarı şəxslərin təxminən 60 faizi oxuduğunu başa düşmədiyini söyləmişdi. Nazirin bu çıxışı geniş səs-küyə səbəb olmuşdu.