Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Tədris digər dillərdə aparılan məktəblərə nazirdən mesaj

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 01.09.2023
Abunə olmaq
Emin Əmrullayev bildirib ki, Azərbaycan tarixinin sırf Azərbaycan dilində aparılması bu il bütün məktəblərə tətbiq olunacaq.
BAKI, 1 sentyabr — Sputnik. Tədris dilindən asılı olmayaraq, Azərbaycandakı bütün məktəblər Azərbaycan məktəbləridir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda elm və təhsil naziri Emin Əmrullayev deyib. "Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan tarixinin sırf Azərbaycan dilində aparılması bu il bütün məktəblərə tətbiq olunacaq. Bu, eyni zamanda, Zəfər tarixi və Hərbi hazırlıq fənlərinə də aiddir", - nazir vurğulayıb.
E. Əmrullayev onu da qeyd edib ki, Azərbaycandan kənardan yaşayan bu dilin daşıyıcısı olanların təhsili ilə bağlı problemlər var. Onun sözlərinə görə, bu tədris ilindən etibarən, xarici ölkələrdə yaşayanlar üçün onlayn Azərbaycan dili dərsi keçiriləcək.
"Sevindirici haldır ki, artıq 400 nəfərdən artıq müraciət edən olub. Düşünürəm ki, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar üçün bu, vacibdir. Bir mif var ki, tədris dili Azərbaycan dili olan məktəblər digərlərindən geri qalır. Bu, yanlışdır. Bu mifi cəmiyyət olaraq dağıtmaq lazımdır və statistikaya istinad etmək vacibdir", - nazir əlavə edib.
Mədəniyyət naziri Adil Kərimli isə deyib ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi, gələcək nəsillərə ötürülməsi həm Mədəniyyət Nazirliyi, həm Elm və Təhsil Nazirliyi, həm də aidiyyəti digər qurumlar tərəfindən əsas hədəflərdən biridir."Forumdan əsas gözləntilər problemləri ortaya çıxarmaq, onları müzakirə etmək və nəhayət, bu problemləri dövlət strategiyasında gələcək üçün nəzərə almaqdır", - nazir əlavə edib.
Nazir qeyd edib ki, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi istiqamətində birgə işin təşkili müəyyənləşib:
"İlk dəfə olaraq Azərbaycan dili mədəniyyət sahəsi əsas sahəsi kimi müəyyənləşməsi nəzərdə tutulub. Nə qədər dilimiz kənar təsirlərdən təmizlənərsə, bir o qədər digər sahələr də inkişaf edəcək".
Xəbər lenti
0