Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Nicat Abasov FİDE reytinqində 38 pillə irəliləyib

© Photo : Azerbaijan Chess FederationNicat Abasov
Nicat Abasov - Sputnik Azərbaycan, 1920, 31.08.2023
Abunə olmaq
Bakıda təşkil olunan Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2677) böyük sıçrayışa nail olub.
BAKI, 22 avqust — Sputnik. Beynəlxalq Şahmat Federasiyası (FİDE) sentyabr ayı üçün reytinq cədvəlini açıqlayıb. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov (2734 xal) ötən ayla müqayisədə 3 pillə geriləyərək, 16-cı sırada qərarlaşıb. Ölkənin digər tanınmış qrossmeysteri Teymur Rəcəbovun adı yenidən reytinqə əlavə olunub. O, 2745 xalla 14-cü pillədə yer alıb.
Bakıda təşkil olunan Dünya Kubokunda 4-cü yeri tutan Nicat Abasov (2677) böyük sıçrayışa nail olub. Gənc qrossmeyster 38 addım irəliləyib. O, 97-ci pillədən 59-cu sıraya yüksəlib.
Qədir Hüseynov isə bu dəfə ilk "100-lük"dən kənarda qalıb. Reytinqə Dünya Kubokunun qalibi Maqnus Karlsen (2839) başçılıq edir. Bakıdakı turnirdə bürünc mükafata yiyələnən Fabiano Karuana (2786) ikinci, ABŞ-ın digər təmsilçisi Hikaru Nakamura (2780) üçüncüdür.
Dünya Kubokunun sürpriz finalçısı Rameşbabu Praqqnanandha (2727) 19-cu sıraya qədər irəliləyib. Qadınlarda isə Azərbaycanın 3 şahmatçısı ilk "100-lüy"ə düşüb. Bunlar Günay Məmmədzadə (2441 xalla 29-cu), Ülviyyə Fətəliyeva (2387 xalla 63-cü) və Gövhər Beydullayevadır (2383 xalla 68-ci). Qadınların reytinqinə çinli Xou İfan (2628) başçılıq edir. Onu həmyerlisi Yu Venyun (2560) izləyir. Bakıda Dünya Kubokunu qazanan Aleksandra Qoryaçkina (FİDE, 2558) ilk "üçlüy"ü tamamlayır (Report).
22.08.23, 18:10
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyununda qələbə qazanıb.
28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlib.
Ağ fiqurlarla mübarizə aparan Abasov 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.
Qeyd edək ki, şahmatçılar avqustun 23-də ikinci dəfə üz-üzə gələcəklər. Dünya Kubokunda bürünc medal qazanmaq üçün Nicat Abasova heç-heçə də kifayət edəcək. Qeyd edək ki, Bakıda keçirilən şahmat üzrə Dünya Çempionatına bu ayın 25-də yekun vurulacaq.
21.08.23, 18:52
Nicat Abasov: Maqnus Karlsenin qərarından asılı olmaq istəmirəm
Azərbaycanlı qrossmeyster Nicat Abasov üçüncü yer uğrunda görüşdə qələbə qazanmaq niyyətindədir və Maqnus Karlsenin Namizədlər Turnirinə çıxmaq qərarından asılı olmaq istəmədiyini bildirib. Bu barədə Sputnik Azərbaycan-a Nicat Abasov məlumat verib.
Nicat Abasov mundialın yarımfinalında keçmiş dünya çempionu Maqnus Karlsenə (Norveç) 0,5:1,5 hesabı ilə məğlub olub və indi digər yarımfinal cütlüyü Fabiano Karuana (ABŞ) - Rameşbabu Praqnanandha (Hindistan) görüşündə uduzanla üçüncü yer uğrunda mübarizə aparacaq. Xatırladaq ki, Dünya Kubokunun ilk üç qalibi Namizədlər Turnirinə vəsiqə qazanacaq, lakin Karlsen əvvəllər bu yarışlarda iştirak etməyəcəyini və beləliklə, qalan yarımfinalçıların artıq onun iştirakçıları olduğunu bildirib. Bununla belə, FİDE Maqnusdan rəsmi imtina qərarı gözləyəcək, lakin hələlik ona Namizədlər Turnirinə vəsiqə veriləcək.
Nicat Abasov istirahət etmək fikrində olmadığını və üçüncü yer uğrunda görüşdə qalib gəlmək üçün oynayacağını da vurğulayıb.
"Mən Dünya Kubokunu müsbət notla başa vurmaq istəyirəm. Namizədlər Turnirinə gəlincə, burada Maqnus Karlsenin qərarından asılı olmaq istəməzdim", - qrossmeyster bildirib.
Yeri gəlmişkən, Bakı turniri zamanı Azərbaycan şahmatçısı 30 pillə yüksəlib və onun reytinq indeksi 2670-i keçib.
"Dünya çempionatının nəticələrinə görə, mən yalnız 2019-cu ildə aldığım reytinqi bərpa etdim. Ona görə də, hələlik keçmişə qayıdıram və ümid edirəm ki, orada dayanmayacağam və irəliləməyə davam edəcəyəm. Ümid edirəm ki, yaxın gələcəkdə 2700-ə qədər psixoloji bala çatacağam", - deyə Abasov bildirib.
Bundan əlavə, o, bütün turnir boyu ona dəstək olan bütün azərbaycanlı azarkeşlərə təşəkkürünü bildirib və bu dəstəyin Bakıda keçirilən dünya çempionatında uğur qazanmasına kömək etdiyini vurğulayıb.
Xəbər lenti
0