Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanın nar ixracı kəskin artıb - DETALLAR

© Sputnik / Ilham AhmadovNar festivalından möhtəşəm görüntülər
Nar festivalından möhtəşəm görüntülər  - Sputnik Azərbaycan, 1920, 03.06.2023
Abunə olmaq
2023-cü ilin 4 ayında 1 ton narın orta ixrac qiyməti 1301 dollar olub. 2022-ci ilin 4 ayında isə bu rəqəm 1572 dollar idi. Beləliklə, bu il narın 1 ton orta ixrac qiyməti keçən ilə nisbətən 271 dollar ucuzlaşıb.
BAKI, 3 iyun — Sputnik. Bu il Azərbaycanın xaricə nar ixracı kəskin artıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan 8 milyon 81 min dollar dəyərində 6 min 208 ton nar ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar baxımından 4 dəfə, dəyər baxımından isə 3.3 dəfə çoxdur.
Narın ixrac qiyməti aşağı düşüb
Cari ilin 4 ayında 1 ton narın orta ixrac qiyməti 1301 dollar olub. 2022-ci ilin 4 ayında isə bu rəqəm 1572 dollar idi. Beləliklə, bu il narın 1 ton orta ixrac qiyməti keçən ilə nisbətən 271 dollar ucuzlaşıb.
Artımın səbəbi...
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a qısa açıqlamasında deyib ki, dünyada hazırda nar bazarında ciddi dəyişklik yoxdur. Azərbaycan sahibkarları işlərini yaxşı təşkil ediblər. Ölkədə nar yığımı çox olub, sahibkarlar məhsulu saxlayıb, qeyri-mövsüm dövründə satışını həyata keçiriblər. Bu da nar ixracının kəskin artımına gətirib çıxardıb. Yəni, sahibkarlar ötən il nar mövsümündə yığılmış məhsulları yaxşı və düzgün şəkildə saxlayıb, sonradan ixrac ediblər. Bu, nar istehsalçılarının uğurudur.
© Photo : courtesy of Khalid Karimliiqtisadçı-ekspert Xalid Kərimli
iqtisadçı-ekspert Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 02.06.2023
iqtisadçı-ekspert Xalid Kərimli
Keçən il Azərbaycanın nar ixracının 85 faizi Rusiyanın payına düşüb
Qeyd edək ki, 2022-ci ildə Azərbaycanın nar ixracında həm miqdar həm də dəyər baxımından artım qeydə alınıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2022-ci ildə nar ixracından əldə olunan gəlir 2021-ci ilə nəzərən 7.9% artaraq 31.6 milyon ABŞ dolları olub. Ötən il xaricə 23.3 min ton nar göndərilib ki, bu da 2021-ci illə müqayisədə 1.6 min ton çoxdur. Keçən il Azərbaycanın nar ixracının 85 faizi Rusiyanın payına düşüb.
© Sputnik / Rashad RashidovKürdəmirdə nar sərgi-satış yarmarkası
Kürdəmirdə nar sərgi-satış yarmarkası  - Sputnik Azərbaycan, 1920, 02.06.2023
Kürdəmirdə nar sərgi-satış yarmarkası
2021-ci ildə isə nar ixracının 69.3%-i Rusiyanın, 22.9%-i Ukraynanın, 4.5%-i Gürcüstanın, 3.3%- isə digər ölkələrin payına düşüb.
Qarabağ narının ixracına başlanıb
Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin bu ilin yanvarında verdiyi məlumata görə, “Azərşəkər” MMC-nin Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərindəki nar bağlarından ilk dəfə məhsul yığılıb. 133 ton məhsul satışı həyata keçirilib ki, bunun 16 tona yaxın hissəsi Sinqapur, Kanada və Rusiyaya ixrac edilib, 117 tonu isə daxili bazara satılıb.
Nar bağlarına görə subsidiya verilir
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2022-ci il sentyabrın 1-dən 2023-cü il mayın 31-dək salınan hər hektar intensiv nar bağlarına görə 3000 manat məbləğində əkin subsidiyası veriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Nar mürrəbəsinin hazırlanması - Sputnik Azərbaycan, 1920, 27.01.2023
İQTİSADİYYAT
Azərbaycan ən çox Rusiyaya nar ixrac edib - Cədvəl
Xəbər lenti
0