Rusiya filmlərinə Asiya, Latın Amerikası, Yaxın Şərq və MDB-də böyük maraq var - Naumova
© Sputnik / Екатерина Чеснокова
/ Abunə olmaq
"Roskino" rəhbəri bildirib ki, hazırda Rusiya kinosu yeni bazarlar açaraq özünü yeni reallıqlarda daha inamlı hiss edir.
BAKI, 27 avqust - Sputnik. Cari ildə Rusiya kino sənayesi yeni bazarlara daha fəal daxil olur və bütün xarici çağırışlara baxmayaraq özünü daha inamlı hiss edir. Belə bir açıqlama ilə TASS-a Rusiya Kino Günü ilə bağlı müsahibəsində “Roskino”nun baş direktoru vəzifəsini icra edən Yekaterina Naumova çıxış edib.
Onun sözlərinə görə, Rusiya kinosu Çin, Vyetnam, Cənubi Koreya, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə xüsusi uğur qazanır və Latın Amerikasına da fəal ixrac olunur.
"Eyni zamanda, Rusiyadan məzmun, xüsusən də animasiya məzmunu Avropa və ABŞ-da alınmağa davam edir", - deyə qurum rəhbəri bildirib.
© Sputnik / Сергей Пятаков“Roskino”nun baş direktoru vəzifəsini icra edən Yekaterina Naumova
“Roskino”nun baş direktoru vəzifəsini icra edən Yekaterina Naumova
© Sputnik / Сергей Пятаков
Rusiya Kino Günü hər il avqustun 27-də ölkədə qeyd olunur. Rusiya kinosu artıq ikinci ildir ki, Qərb ölkələrinin sanksiya siyasətinin yaratdığı çətin dövrü yaşayır. Eyni zamanda, Roskino rus kinosunun sərhədlərini genişləndirir, onun üçün yeni kino bazarları, ölkələr və yeni tamaşaçılar açır.
“2023-cü ildə Rusiya kino sənayesi getdikcə daha çox yeni bazarlara çıxır və yeni reallıqlarda özünü daha inamlı hiss edir. BƏƏ, Çin, Vyetnam, Cənubi Koreya, Yaponiya, Türkiyədə Rusiya filmlərinin uğurunu qeyd edə bilərik və Latın Amerikasına ixracda da müsbət tendensiya var. Eyni zamanda, Rusiya məzmunu, xüsusən də animasiya Avropa və ABŞ-da alınmağa davam edir", - deyə eyə təşkilat rəhbəri bildirib.
Onun sözlərinə görə, 27 avqust Rusiya Kinosu Günündə dünyanın müxtəlif yerlərində eyni vaxtda bir neçə tədbir keçirilir, burada Rusiyada istehsal olunmuş yeni filmlər və animasiyalar nümayiş etdirilir.
Belə ki, Rusiya Film Festivalı hazırda Hindistanın Varanasi şəhərində keçirilir və Çində, Heihedə başlayır və həftə ərzində Çinin daha iki şəhərində, Pekin və Suçjouda baş tutacaq.
Bundan əlavə, Braziliyada “Belas Artes A La Carte” onlayn platformasında avqustun sonunadək Rusiya Film Festivalı brendi altında rus filmlərinin nümayişi keçirilir.
"Biz ictimaiyyətdən çoxlu sayda müsbət rəylər alırıq, verilişlərimizə nəinki adi tamaşaçılar, hətta yerli kinorejissorlar, prodüserlər, ssenaristlər də gəlir və onların hamısı Rusiya ilə əməkdaşlıq etmək, birgə layihələr görmək arzusundan danışırlar", - deyə Naumova bildirib.
"Bütün bu faktlar göztərir ki, kinomuza, animasiyamıza Asiya, Latın Amerikası, eləcə də Yaxın Şərq və MDB ölkələrində böyük maraq var”, - deyə qurum rəhbəri fikrini tamamlayıb.
Kinematoqrafçıların və kinosevərlərin peşə bayramı 1980-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə təsis edilib, SSRİ dağılana qədər bu bayram “Sovet kinosu günü” adlandırılıb.
Məhz 1919-cu il avqustun 27-də RSFSR Xalq Komissarları Sovetinin sədri Vladimir Lenin “Fotoqrafiya və kinematoqrafiya ticarəti və sənayesinin Xalq Maarif Komissarlığının tabeliyinə verilməsi haqqında” fərman imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.