https://sputnik.az/20230827/kino-gunu-insanlara-senetin-gucunu-ve-onun-medeniyyete-tesirini-xatirladir---lyubimova-458076535.html
Kino Günü insanlara sənətin gücünü və onun mədəniyyətə təsirini xatırladır - Lyubimova
Kino Günü insanlara sənətin gücünü və onun mədəniyyətə təsirini xatırladır - Lyubimova
Sputnik Azərbaycan
Rusiyalı nazir qeyd edib ki, 2022-ci ilin yekunlarına görə, ölkədə çəkilən filmlər 12,3 milyard rubl, 2023-cü ilin yanvar-avqust aylarında isə 19,7 milyard... 27.08.2023, Sputnik Azərbaycan
2023-08-27T13:59+0400
2023-08-27T13:59+0400
2023-08-27T14:13+0400
mədəniyyət
rusiya
kino
film
nazir
çin
hindistan
braziliya
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991215_0:320:3073:2048_1920x0_80_0_0_07a0c125cea9917d4e6023c1e3fd3da7.jpg
BAKI, 27 avqust - Sputnik. Kino Günü kino sənayesinin gücünü, onun Rusiyada və xaricdə mədəniyyət və həyata təsirini xatırladır. Bunu Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova bildirib. Avqustun 27-də Rusiya kinorejissorları öz peşə bayramlarını - Rusiya Kinosu Gününü qeyd edirlər. 1919-cu ilin bu günündə RSFSR Xalq Komissarları Sovetinin foto və kino ticarətinin və sənayesinin Xalq Maarif Komissarlığının tabeliyinə verilməsi haqqında qərarı qəbul edilib. Nazir qeyd edib ki, 2022-ci ilin yekunlarına görə, Rusiya filmləri 12,3 milyard rubl, 2023-cü ilin yanvar-avqust aylarında isə 19,7 milyard rubl gəlir əldə edib. Lyubimova bildirib ki, kino sahəsində çalışan istedadlı və fədakar peşəkarlar olmadan bu uğura nail olmaq mümkün olmayacaqdı. "Rejissorlar, aktyorlar, prodüserlər, operatorlar, ssenaristlər və bir çox digər peşəkarlar - kino şedevrlərinin yaradılmasında hər kəs önəmli rol oynayır. Kino sənayesinə verdiyiniz töhfəyə görə təşəkkür edirik", - nazir yazıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991215_27:0:2758:2048_1920x0_80_0_0_68f79b2c122c88d011adea1d08843917.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
rusiya, kino, film, nazir, çin, hindistan, braziliya
rusiya, kino, film, nazir, çin, hindistan, braziliya
Kino Günü insanlara sənətin gücünü və onun mədəniyyətə təsirini xatırladır - Lyubimova
13:59 27.08.2023 (Yenilənib: 14:13 27.08.2023) Rusiyalı nazir qeyd edib ki, 2022-ci ilin yekunlarına görə, ölkədə çəkilən filmlər 12,3 milyard rubl, 2023-cü ilin yanvar-avqust aylarında isə 19,7 milyard rubl gəlir əldə edib.
BAKI, 27 avqust - Sputnik. Kino Günü kino sənayesinin gücünü, onun Rusiyada və xaricdə mədəniyyət və həyata təsirini xatırladır. Bunu Rusiyanın Mədəniyyət naziri Olqa Lyubimova bildirib.
Avqustun 27-də Rusiya kinorejissorları öz peşə bayramlarını - Rusiya Kinosu Gününü qeyd edirlər. 1919-cu ilin bu günündə RSFSR Xalq Komissarları Sovetinin foto və kino ticarətinin və sənayesinin Xalq Maarif Komissarlığının tabeliyinə verilməsi haqqında qərarı qəbul edilib.
"Bu gün bizə kino sənətinin inanılmaz gücünü və onun mədəniyyətimizə və həyatımıza böyük təsirini xatırladır. Biz sənayenin uğurlarına sevinir və onu dəstəkləyirik. Rusiya filmlərinin kassasının hər il artması çox gözəldir. Layihələrimiz təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da diqqəti cəlb edir və maraq doğurur”, - Lyubimova Telegram kanalında yazıb.
Nazir qeyd edib ki, 2022-ci ilin yekunlarına görə, Rusiya filmləri 12,3 milyard rubl, 2023-cü ilin yanvar-avqust aylarında isə 19,7 milyard rubl gəlir əldə edib.
"Hindistanda keçirilən üçüncü Rusiya kinofestivalında beş film təqdim olunub və artıq 4 ildir ki, Braziliyada Rusiya kinosu günləri keçirilir. Bu il Çində 2 milyondan çox tamaşaçı filmlərimizə onlayn baxıb", - nazir əlavə edib.
Lyubimova bildirib ki, kino sahəsində çalışan istedadlı və fədakar peşəkarlar olmadan bu uğura nail olmaq mümkün olmayacaqdı.
"Rejissorlar, aktyorlar, prodüserlər, operatorlar, ssenaristlər və bir çox digər peşəkarlar - kino şedevrlərinin yaradılmasında hər kəs önəmli rol oynayır. Kino sənayesinə verdiyiniz töhfəyə görə təşəkkür edirik", - nazir yazıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.