Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

“Laçın Şəhəri Günü” möhtəşəm atəşfəşanlıqla başa çatıb - VİDEO

© Sputnik / Murad OrujovAtəşfəşanlıq
Atəşfəşanlıq - Sputnik Azərbaycan, 1920, 27.08.2023
Abunə olmaq
Möhtəşəm atəşfəşanlığı şəhərin hər bir tərəfindən izləmək mümkün olub.
BAKI, 27 avqust - Sputnik. Avqustun 26-da ilk dəfə keçirilən "Laçın Şəhəri Günü"nün yaddaqalan məqamlarından biri də axşam saatlarındakı atəşfəşanlıq olub.
Möhtəşəm atəşfəşanlığı şəhərin hər bir tərəfindən izləmək mümkün olub.
Atəşfəşanlıq böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə işğaldan azad edilmiş Laçında avqustun 26-sı və 27-si üçün zəngin proqram hazırlanıb. İki gün davam edəcək tədbirlər Bayraq Meydanı, Həkəri çayının sahili və yeni Bulvarın mənzərəli terrası da daxil olmaqla bütün şəhərin mərkəzini əhatə edəcək.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbənin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə şəhər günləri təsis edilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər  - Sputnik Azərbaycan, 1920, 26.08.2023
SİYASƏT
Növbəti bayram tədbirləri Füzuli şəhərində olacaq - Prezident
Xəbər lenti
0