SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Növbəti bayram tədbirləri Füzuli şəhərində olacaq - Prezident

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər  - Sputnik Azərbaycan, 1920, 26.08.2023
Abunə olmaq
İlham Əliyev xatırladıb ki, azad edilmiş bütün şəhərlərimizin şəhər günləri təsis edilib.
BAKI, 26 avqust - Sputnik. "Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq".
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 26-da Laçın rayonunun Zabux kənd sakinləri ilə görüşündə deyib.
"Bu gün Laçın Şəhəri Günüdür. Çünki 26 avqust - keçən ilin bu günündə ordumuz Laçın şəhərinə daxil oldu. Beləliklə, 26 avqust bundan sonra Laçın Şəhəri Günü kimi qeyd olunacaq. Azad edilmiş bütün şəhərlərimizin şəhər günləri təsis edildi. Mənim Fərmanımla növbəti bayram tədbirləri oktyabrın 17-də Füzuli şəhərində olacaq", - dövlət başçısı qeyd edib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər  - Sputnik Azərbaycan, 1920, 26.08.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Prezident və birinci xanım Laçında bayram şənliklərində iştirak ediblər
Xəbər lenti
0