https://sputnik.az/20230827/aticiliq-uzre-dunya-cempionatinda-60-yasli-idmanci-600-xalla-dunya-rekordu-tekrarlayib-458084118.html
Atıcılıq üzrə dünya çempionatında 60 yaşlı idmançı 600 xalla dünya rekordu təkrarlayıb
Atıcılıq üzrə dünya çempionatında 60 yaşlı idmançı 600 xalla dünya rekordu təkrarlayıb
Sputnik Azərbaycan
Qadınların yarışında Polşa təmsilçisi Karolina Romançik 593 xalla qızıl medala yiyələnib. 27.08.2023, Sputnik Azərbaycan
2023-08-27T19:51+0400
2023-08-27T19:51+0400
2023-08-27T19:51+0400
idman
atıcılıq
dünya çempionatı
rekord
isveç
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1b/458083144_0:68:878:562_1920x0_80_0_0_5f98668afe0fbd5fe158b0ce76220256.jpg
BAKI, 27 avqust - Sputnik. Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının 13-cü günündə tamaşaçılar və iştirakçılar daha bir gözlənilməz nəticəyə şahid olublar. Azərtac-ın Azərbaycan Atıcılıq Federasiyasına istinadən verilən məlumata görə, kişilər arasında uzanaraq 300 metr məsafəyə atəşaçma yarışında qızıl medal qazanan Raymond Debeveç 60 yaşında mümkün 600 xalın hamısını toplayaraq dünya rekordunu təkrarlayıb.Bu, qeyd edilən növdə belə yaşlı idmançının ilk nəticəsidir. Daha əvvəl bu növdə rekord vurmuş ən yaşlı atletin 38 yaşı olub (isveçli Karl Olsson).Yarışda ikinci yeri 599 xal toplayan finlandiyalı atıcı Aleksi Leppa tutub. Bürünc medalı ABŞ-ı təmsil edən Timoti Şerri bayram edib (599 xal).Bu növdə kişilərin komanda yarışına gəlincə, Norveç birinci, Polşa ikinci, İsveçrə üçüncü olub.Qadınların yarışında Polşa təmsilçisi Karolina Romançik 593 xalla qızıl medala yiyələnib. İkinci yeri 592 xalla İsveçrədən Silviya Quiqnard Şnider tutub. Fransa atıcısı Aqat Sesil Kamille Girard isə 592 xalla bürünc medalın sevincini yaşayıb.Bu növdə qadınların komanda yarışında İsveçrə birinci, Norveç ikinci, Almaniya üçüncü olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/08/1b/458083144_19:0:859:630_1920x0_80_0_0_d1c8ee9f847c7b2991986e2be3908170.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
atıcılıq, dünya çempionatı, rekord, isveç
atıcılıq, dünya çempionatı, rekord, isveç
Atıcılıq üzrə dünya çempionatında 60 yaşlı idmançı 600 xalla dünya rekordu təkrarlayıb
Qadınların yarışında Polşa təmsilçisi Karolina Romançik 593 xalla qızıl medala yiyələnib.
BAKI, 27 avqust - Sputnik. Bakıda keçirilən atıcılıq üzrə dünya çempionatının 13-cü günündə tamaşaçılar və iştirakçılar daha bir gözlənilməz nəticəyə şahid olublar. Azərtac-ın Azərbaycan Atıcılıq Federasiyasına istinadən verilən məlumata görə, kişilər arasında uzanaraq 300 metr məsafəyə atəşaçma yarışında qızıl medal qazanan Raymond Debeveç 60 yaşında mümkün 600 xalın hamısını toplayaraq dünya rekordunu təkrarlayıb.
Bu, qeyd edilən növdə belə yaşlı idmançının ilk nəticəsidir. Daha əvvəl bu növdə rekord vurmuş ən yaşlı atletin 38 yaşı olub (isveçli Karl Olsson).
Yarışda ikinci yeri 599 xal toplayan finlandiyalı atıcı Aleksi Leppa tutub. Bürünc medalı ABŞ-ı təmsil edən Timoti Şerri bayram edib (599 xal).
Bu növdə kişilərin komanda yarışına gəlincə, Norveç birinci, Polşa ikinci, İsveçrə üçüncü olub.
Qadınların yarışında Polşa təmsilçisi Karolina Romançik 593 xalla qızıl medala yiyələnib. İkinci yeri 592 xalla İsveçrədən Silviya Quiqnard Şnider tutub. Fransa atıcısı Aqat Sesil Kamille Girard isə 592 xalla bürünc medalın sevincini yaşayıb.
Bu növdə qadınların komanda yarışında İsveçrə birinci, Norveç ikinci, Almaniya üçüncü olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.