https://sputnik.az/20230826/messi-ozune-canguden-tutub-458048331.html
Messi özünə cangüdən tutub
Messi özünə cangüdən tutub
Sputnik Azərbaycan
Messinin cangüdəni müştərisini hər hansı arzuolunmaz təmasdan qorumaq üçün “İnter Mayami”nin matçları zamanı meydançanın kənarı ilə qaçır. 26.08.2023, Sputnik Azərbaycan
2023-08-26T15:59+0400
2023-08-26T15:59+0400
2023-08-26T15:59+0400
lionel messi
lionel messi
idman
cangüdən
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452212383_0:160:3072:1888_1920x0_80_0_0_ba47b025623583631ca35f7606f3e533.jpg
BAKI, 26 avqust - Sputnik. ABŞ-ın “İnter Mayami” komandasının argentinalı hücumçusu Lionel Messi özünə cangüdən tutub.“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, futbolçu üçün cangüdəni Amerika klubunun həmsahibi Devid Bekem seçib. Mühafizəçi ABŞ Ordusunun xüsusi təyinatlılarının İraq və Əfqanıstanda döyüş təcrübəsinə malik və döyüş sənətində mahir olan keçmiş əsgəridir. O, həmçinin bir neçə MMA döyüşlərində iştirak edib.Bildirilir ki, Messinin cangüdəni müştərisini hər hansı arzuolunmaz təmasdan qorumaq üçün “İnter Mayami”nin matçları zamanı meydançanın kənarı ilə qaçır."İnter Mayami"də səkkiz oyundan sonra Messinin hesabında 10 qol və üç məhsuldar ötürmə var. Avqustun 20-də argentinalı ilk dəfə Amerika kubokunu qazanıb. “İnter Mayami” turnirin həlledici oyununda “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun sahibi olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/1c/452212383_171:0:2902:2048_1920x0_80_0_0_41033e49b2f29633ae209e2559271bf9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
lionel messi, lionel messi, cangüdən
lionel messi, lionel messi, cangüdən
Messi özünə cangüdən tutub
Messinin cangüdəni müştərisini hər hansı arzuolunmaz təmasdan qorumaq üçün “İnter Mayami”nin matçları zamanı meydançanın kənarı ilə qaçır.
BAKI, 26 avqust - Sputnik. ABŞ-ın “İnter Mayami” komandasının argentinalı hücumçusu Lionel Messi özünə cangüdən tutub.
“Report” “Daily Mail”ə istinadən xəbər verir ki, futbolçu üçün cangüdəni Amerika klubunun həmsahibi Devid Bekem seçib. Mühafizəçi ABŞ Ordusunun xüsusi təyinatlılarının İraq və Əfqanıstanda döyüş təcrübəsinə malik və döyüş sənətində mahir olan keçmiş əsgəridir. O, həmçinin bir neçə MMA döyüşlərində iştirak edib.
Bildirilir ki, Messinin cangüdəni müştərisini hər hansı arzuolunmaz təmasdan qorumaq üçün “İnter Mayami”nin matçları zamanı meydançanın kənarı ilə qaçır.
"İnter Mayami"də səkkiz oyundan sonra Messinin hesabında 10 qol və üç məhsuldar ötürmə var. Avqustun 20-də argentinalı ilk dəfə Amerika kubokunu qazanıb. “İnter Mayami” turnirin həlledici oyununda “Neşvill”i penaltilər seriyasında məğlub edərək (10:9) Liqa Kubokunun sahibi olub.