Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AVRO-2024: Azərbaycan millisinin oyunlarının başlama vaxtı müəyyənləşib

© Sputnik / Alexey KudenkoFutbol topu, arxiv
Futbol topu, arxiv - Sputnik Azərbaycan, 1920, 24.08.2023
Abunə olmaq
İtaliyalı mütəxəssis Canni De Byazinin rəhbərlik etdiyi təmsilçimiz Belçika yığması ilə "King Baudouin Stadium"da münasibətləri aydınlaşdıracaq.
BAKI, 24 avqust — Sputnik. Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində noyabrın 16-da İsveç və 19-da Belçika komandalarına qarşı keçirəcəyi oyunların stadionu və başlama vaxtı müəyyənləşib.
İsveçlə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
İtaliyalı mütəxəssis Canni De Byazinin rəhbərlik etdiyi təmsilçimiz Belçika yığması ilə "King Baudouin Stadium"da münasibətləri aydınlaşdıracaq.
Qeyd edək ki, hər iki matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0