Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan gimnastları dünya çempionatında mübarizəyə başlayır

© AFP 2023 / LIONEL BONAVENTUREAzərbaycan gimnastı
Azərbaycan gimnastı - Sputnik Azərbaycan, 1920, 23.08.2023
Abunə olmaq
Dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
BAKI, 23 avqust — Sputnik. İspaniyanın Valensiya şəhərində bədii gimnastika üzrə 40-cı dünya çempionatına start verilib.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, çempionatda ölkəmizi milli komandamızın üzvləri, fərdi gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova, Kamila Qafarova, eləcə də qrup hərəkətləri üzrə yığmamızın gimnastları - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova və Yelizaveta Luzan təmsil edirlər.
Qeyd edək ki, dünya çempionatı Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0