https://sputnik.az/20230822/qlobal-dizel-yanacaginin-catismazligi-azerbaycan-ve-a-ucun-bir-furset-kimi-457908553.html
Qlobal dizel yanacağının çatışmazlığı Azərbaycan və Aİİ üçün bir fürsət kimi
Qlobal dizel yanacağının çatışmazlığı Azərbaycan və Aİİ üçün bir fürsət kimi
Sputnik Azərbaycan
Son iki ildə dünyanın bir sıra ölkələrində dizel yanacağının qiyməti xeyli artıb. 22.08.2023, Sputnik Azərbaycan
2023-08-22T15:45+0400
2023-08-22T15:45+0400
2023-08-22T15:47+0400
dizel
təhlil
qlobal
avrasiya iqtisadi ittifaqı
rusiya
bakı neft emalı zavodu
yanacaq
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450244040_0:161:3071:1888_1920x0_80_0_0_9729d80a3160381c5ef22fec1c186c5b.jpg
BAKI, 22 avqust — Sputnik. Dünya dizel yanacağının ehtiyatları tarixi minimuma yaxınlaşıb ki, bu da onun qiymətlərində növbəti sıçrayış və istilik mövsümü ərəfəsində qıtlığı ilə bağlı narahatlıq yaradır. Qeyd edək ki, dizel yanacağının qiymətinin qalxması ənənəvi olaraq inflyasiyanın sürətlənməsi üçün katalizator rolunu oynayır. Belə ki, dizel yanacağı yükdaşımalarda geniş istifadə olunur - yük maşınlarının, təxminən 96%-i onunla doldurulur. Onun qiymətlərinin artması istər-istəməz tariflərə təsir edəcək, bu da son istehlakçı üçün məhsulların maya dəyərini artıracaq. Məsələn, ABŞ-da dizel yanacağının qiyməti iyun ayından bahalaşır ki, bu da artıq inflyasiyaya təsir edir - keçən ay ABŞ-da qiymət artımı iyunda 3%-ə qarşı 3,2%-ə qədər sürətlənib. Analitiklər ABŞ neft emalı zavodlarının bu yay ehtiyatlarını artıra bilmədiyi üçün ABŞ-da dizel qiymətləri və inflyasiyanın artmağa davam edəcəyini gözləyirlər. Azərbaycan üçün dizel yanacağı qıtlığı təhlükəsi var? Azərbaycanda dizel yanacağı ilə bağlı vəziyyət kifayət qədər qeyri-müəyyəndir: Bakı Neft Emalı Zavodunda o, ümumilikdə həm daxili istehlak, həm də ixrac üçün kifayət qədər həcmdə istehsal olunur. Lakin müəssisədə aparılan modernləşdirmə işləri ilə əlaqədar zavodda dizel yanacağının istehsalı vaxtaşırı azalırdı. Nəticədə 2021-ci ildə Azərbaycanda dizel yanacağının qiyməti uzun müddət ərzində ilk dəfə olaraq birdən-birə 0,2 manat artaraq 1 litr üçün 0,6 manatdan 0,8 manata yüksəlib. Lakin 2023-cü ildə vəziyyət dəyişdi - istehsal artmağa başladı. 2023-cü ilin yanvar-iyun aylarının yekunlarına görə, Bakı Neft Emalı Zavodu ötən ilin müvafiq dövründəki 862 min tona qarşı 1,2 milyon ton dizel yanacağı istehsal edib. Bundan əlavə, ikinci rübdə şirkət "Avro-5" standartı üzrə dizel yanacağı istehsalına başlayıb. Modernləşdirmə başa çatdıqdan sonra zavodun hazırkı 1,9 milyon ton əvəzinə 2,9 milyon ton dizel istehsal edəcəyi gözlənilir. Qeyd edək ki, son vaxtlara qədər Azərbaycan bir sıra ölkələri dizel yanacağı ilə təmin edirdisə, Bakı Neft Emalı Zavodunda modernləşdirmə başlayandan sonra ixrac xeyli azalıb. Azərbaycan dizel yanacağı əsasən Gürcüstana tədarük edilirdi ki, bu da ölkənin tələbatının, təxminən 40%-ni ödəyirdi. Lakin 2023-cü ilin mart ayından Gürcüstan Azərbaycan dizel yanacağının idxalını dayandırıb, belə ki, Tbilisi "Avro-4" standartlı dizel yanacağından tamamilə imtina edib və assosiasiya Sazişinə uyğun olaraq 2023-cü il yanvarın 1-dən "Avro-5" standartına keçib. Aİİ-də aşağı dizel qiymətləri fonunda qlobal kəsir Bütün dünyada dizel yanacağının qiymətlərinin artımı və onun qıtlığı gözlənildiyi halda, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdə dizelin maya dəyəri nəzərəçarpacaq dərəcədə azalıb. Belə ki, 2023-cü ilin iyun ayının nəticələrinə görə, dizel yanacağının qiymət 1 litr üçün Ermənistanda illik ifadədə demək olar ki, 0,4 dollara, Rusiyada isə 0,25 dollara düşüb. Aİİ daxilində buna bir neçə amil kömək edib. Birincisi, qlobal səviyyədə artan qiymətlər və tələb səbəbindən Qazaxıstan Aİİ-nin daxili bazarını balanslaşdırmaq üçün assosiasiyadan kənarda dizel tədarükündən imtina etdi. Aprelin 10-dan Astana bir sıra neft məhsullarının, o cümlədən dizel və qazoilin ixracına qadağa qoyub. Bundan əlavə, fevralın 5-dən Rusiya neft məhsullarının Avropa İttifaqına tədarükünə bir sıra məhdudiyyətlər qüvvəyə minib, nəticədə onların alternativ bazarlara və Aİİ-yə ixracı artıb. Xatırladaq ki, son iki ildə dünyanın bir sıra ölkələrində dizel yanacağının qiymətləri xeyli artıb. Belə ki, o, məsələn, iyul ayında Türkiyədə bir gün ərzində 0,3 dollar bahalaşıb. Bu tendensiya avqustda da davam edib - dizelin qiyməti yenidən bir gündə 0,99 dollar artıb. Azərbaycan ixracı üçün imkanlar Azərbaycan Bakı Neft Emalı Zavodunda dizel yanacağının tam gücü ilə istehsalına başladıqdan sonra onun ixrac oluna biləcəyi ölkələrin siyahısı genişlənəcək. Xatırladaq ki, Qırğızıstanda dizelin qiymətləri ilə bağlı kifayət qədər qeyri-sabit vəziyyət hökm sürür - 2022-ci ildə o, demək olar ki, 30% bahalaşıb. Qeyd etmək lazımdır ki, Qırğızıstana dizel yanacağının əsas tədarükçüsü Rusiyadır. Rusiyada isə neft məhsullarına tələbat son vaxtlar alternativ bazarlarda - Yaxın Şərq, Afrika və Cənubi Amerikada xeyli artıb. Məsələn, ilin əvvəlindən Braziliya Rusiya dizel yanacağının idxalına görə ikinci yeri tutub. Bu ölkə Rusiya Federasiyasından alışlarını daha da 25% artırmaq niyyətindədir. Oxşar vəziyyət neft məhsullarının havada qalmış həcmlərinin yönləndirildiyi Səudiyyə Ərəbistanı, Türkiyə və bir sıra Şimali Afrika ölkələrinə (Tunis, Mərakeş) çatdırılmalarda da müşahidə olunur. Rusiya dizel yanacağının yeni bazarlara ixracının artacağı gözlənilir və belə olan halda Qırğızıstana neft məhsullarının tədarükünü, o cümlədən Azərbaycandan idxal hesabına da şaxələndirmək olardı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230821/dunyada-dizel-yanacaginin-rekord-qitligi-yasanir-457853166.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/1f/450244040_170:0:2901:2048_1920x0_80_0_0_2de2198f65ad22f05faee38a088d05bd.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygül Tağıyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/02/0f/426229726_632:-1:2679:2047_100x100_80_0_0_bf9f4a66d2062eb596bb6df525ab6306.jpg
dizel, qlobal, avrasiya iqtisadi ittifaqı, rusiya, bakı neft emalı zavodu, yanacaq
dizel, qlobal, avrasiya iqtisadi ittifaqı, rusiya, bakı neft emalı zavodu, yanacaq
Qlobal dizel yanacağının çatışmazlığı Azərbaycan və Aİİ üçün bir fürsət kimi
15:45 22.08.2023 (Yenilənib: 15:47 22.08.2023) Son iki ildə dünyanın bir sıra ölkələrində dizel yanacağının qiyməti xeyli artıb.
BAKI, 22 avqust — Sputnik. Dünya dizel yanacağının ehtiyatları tarixi minimuma yaxınlaşıb ki, bu da onun qiymətlərində növbəti sıçrayış və istilik mövsümü ərəfəsində qıtlığı ilə bağlı narahatlıq yaradır.
Qeyd edək ki, dizel yanacağının qiymətinin qalxması ənənəvi olaraq inflyasiyanın sürətlənməsi üçün katalizator rolunu oynayır. Belə ki, dizel yanacağı yükdaşımalarda geniş istifadə olunur - yük maşınlarının, təxminən 96%-i onunla doldurulur. Onun qiymətlərinin artması istər-istəməz tariflərə təsir edəcək, bu da son istehlakçı üçün məhsulların maya dəyərini artıracaq.
Məsələn, ABŞ-da dizel yanacağının qiyməti iyun ayından bahalaşır ki, bu da artıq inflyasiyaya təsir edir - keçən ay ABŞ-da qiymət artımı iyunda 3%-ə qarşı 3,2%-ə qədər sürətlənib. Analitiklər ABŞ neft emalı zavodlarının bu yay ehtiyatlarını artıra bilmədiyi üçün ABŞ-da dizel qiymətləri və inflyasiyanın artmağa davam edəcəyini gözləyirlər.
Azərbaycan üçün dizel yanacağı qıtlığı təhlükəsi var?
Azərbaycanda dizel yanacağı ilə bağlı vəziyyət kifayət qədər qeyri-müəyyəndir: Bakı Neft Emalı Zavodunda o, ümumilikdə həm daxili istehlak, həm də ixrac üçün kifayət qədər həcmdə istehsal olunur.
Lakin müəssisədə aparılan modernləşdirmə işləri ilə əlaqədar zavodda dizel yanacağının istehsalı vaxtaşırı azalırdı.
Nəticədə 2021-ci ildə Azərbaycanda dizel yanacağının qiyməti uzun müddət ərzində ilk dəfə olaraq birdən-birə 0,2 manat artaraq 1 litr üçün 0,6 manatdan 0,8 manata yüksəlib.
Lakin 2023-cü ildə vəziyyət dəyişdi - istehsal artmağa başladı. 2023-cü ilin yanvar-iyun aylarının yekunlarına görə, Bakı Neft Emalı Zavodu ötən ilin müvafiq dövründəki 862 min tona qarşı 1,2 milyon ton dizel yanacağı istehsal edib.
Bundan əlavə, ikinci rübdə şirkət "Avro-5" standartı üzrə dizel yanacağı istehsalına başlayıb. Modernləşdirmə başa çatdıqdan sonra zavodun hazırkı 1,9 milyon ton əvəzinə 2,9 milyon ton dizel istehsal edəcəyi gözlənilir.
Qeyd edək ki, son vaxtlara qədər Azərbaycan bir sıra ölkələri dizel yanacağı ilə təmin edirdisə, Bakı Neft Emalı Zavodunda modernləşdirmə başlayandan sonra ixrac xeyli azalıb. Azərbaycan dizel yanacağı əsasən Gürcüstana tədarük edilirdi ki, bu da ölkənin tələbatının, təxminən 40%-ni ödəyirdi. Lakin 2023-cü ilin mart ayından Gürcüstan Azərbaycan dizel yanacağının idxalını dayandırıb, belə ki, Tbilisi "Avro-4" standartlı dizel yanacağından tamamilə imtina edib və assosiasiya Sazişinə uyğun olaraq 2023-cü il yanvarın 1-dən "Avro-5" standartına keçib.
Aİİ-də aşağı dizel qiymətləri fonunda qlobal kəsir
Bütün dünyada dizel yanacağının qiymətlərinin artımı və onun qıtlığı gözlənildiyi halda, Avrasiya İqtisadi İttifaqına üzv ölkələrdə dizelin maya dəyəri nəzərəçarpacaq dərəcədə azalıb.
Belə ki, 2023-cü ilin iyun ayının nəticələrinə görə, dizel yanacağının qiymət 1 litr üçün Ermənistanda illik ifadədə demək olar ki, 0,4 dollara, Rusiyada isə 0,25 dollara düşüb.
Aİİ daxilində buna bir neçə amil kömək edib. Birincisi, qlobal səviyyədə artan qiymətlər və tələb səbəbindən Qazaxıstan Aİİ-nin daxili bazarını balanslaşdırmaq üçün assosiasiyadan kənarda dizel tədarükündən imtina etdi. Aprelin 10-dan Astana bir sıra neft məhsullarının, o cümlədən dizel və qazoilin ixracına qadağa qoyub.
Bundan əlavə, fevralın 5-dən Rusiya neft məhsullarının Avropa İttifaqına tədarükünə bir sıra məhdudiyyətlər qüvvəyə minib, nəticədə onların alternativ bazarlara və Aİİ-yə ixracı artıb.
Xatırladaq ki, son iki ildə dünyanın bir sıra ölkələrində dizel yanacağının qiymətləri xeyli artıb. Belə ki, o, məsələn, iyul ayında Türkiyədə bir gün ərzində 0,3 dollar bahalaşıb. Bu tendensiya avqustda da davam edib - dizelin qiyməti yenidən bir gündə 0,99 dollar artıb.
Azərbaycan ixracı üçün imkanlar
Azərbaycan Bakı Neft Emalı Zavodunda dizel yanacağının tam gücü ilə istehsalına başladıqdan sonra onun ixrac oluna biləcəyi ölkələrin siyahısı genişlənəcək. Xatırladaq ki, Qırğızıstanda dizelin qiymətləri ilə bağlı kifayət qədər qeyri-sabit vəziyyət hökm sürür - 2022-ci ildə o, demək olar ki, 30% bahalaşıb.
Qeyd etmək lazımdır ki, Qırğızıstana dizel yanacağının əsas tədarükçüsü Rusiyadır. Rusiyada isə neft məhsullarına tələbat son vaxtlar alternativ bazarlarda - Yaxın Şərq, Afrika və Cənubi Amerikada xeyli artıb.
Məsələn, ilin əvvəlindən Braziliya Rusiya dizel yanacağının idxalına görə ikinci yeri tutub. Bu ölkə Rusiya Federasiyasından alışlarını daha da 25% artırmaq niyyətindədir. Oxşar vəziyyət neft məhsullarının havada qalmış həcmlərinin yönləndirildiyi Səudiyyə Ərəbistanı, Türkiyə və bir sıra Şimali Afrika ölkələrinə (Tunis, Mərakeş) çatdırılmalarda da müşahidə olunur.
Rusiya dizel yanacağının yeni bazarlara ixracının artacağı gözlənilir və belə olan halda Qırğızıstana neft məhsullarının tədarükünü, o cümlədən Azərbaycandan idxal hesabına da şaxələndirmək olardı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.