https://sputnik.az/20230821/dunyada-dizel-yanacaginin-rekord-qitligi-yasanir-457853166.html
Dünyada dizel yanacağının rekord qıtlığı yaşanır
Dünyada dizel yanacağının rekord qıtlığı yaşanır
Sputnik Azərbaycan
Ehtiyatların hazırkı səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər. 21.08.2023, Sputnik Azərbaycan
2023-08-21T09:05+0400
2023-08-21T09:05+0400
2023-08-21T10:13+0400
dünya xəbərləri
dizel
çin
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558044_0:185:3072:1913_1920x0_80_0_0_2dae7244f5658e56ff8fe28ca16a10eb.jpg
BAKI, 21 avqust - Sputnik. Dünya dizel yanacağı ehtiyatları bu gün ən aşağı səviyyədədir. Bu, ənənəvi olaraq yanacağa tələbatın artmasına səbəb olan Şimal yarımkürəsində yaxınlaşan istilik mövsümü fonunda mütəxəssislərin qorxusunu artırır.Problemi "Bloomberg”ə şərh edən analitiklərin fikrincə, ehtiyatların hazırkı səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər. Təchizat tərəfində hər hansı bir pozulma və ya tələbin gözlənilməz artımı bu kritik enerji məhsulunun qiymətini sürətlə yüksəldə bilər.Xüsusilə Avropada və ABŞ-ın Atlantik sahillərində vəziyyət gərgindir. “Wood Mackenzie” tərəfindən şimali və qərbi Avropada dizel ehtiyatlarının yaxın aylarda azalacağı proqnozlaşdırılır.Qeyd olunub ki, vəziyyət neft emalı zavodlarının daha yüngül neft növlərinə keçməsi ilə daha da ağırlaşıb ki, bu da dizel yanacağının istehsalının azalmasına səbəb olub.Analitiklər qeyd ediblər ki, hətta Çinin yanacaq ixracına yeni kvotalar verməsi çətin ki, vəziyyəti kökündən yaxşılaşdırsın. Tikinti sektorundakı problemlərə baxmayaraq, Çindən daxili tələb gözləniləndən yüksək olub.“Beləliklə, qlobal iqtisadiyyat qış mövsümü ərəfəsində dizel yanacağı ehtiyatlarının tarixi minimumuna yaxınlaşıb. Bu, önümüzdəki aylarda tədarük zəncirlərində hər hansı bir pozulma yaranacağı təqdirdə kəskin qiymət artımına gətirib çıxaracaq”-məqalədə vurğulanıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/1f/444558044_341:0:3072:2048_1920x0_80_0_0_18ce1cbc5008e741d7960a8b2b4b3878.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
dizel, çin
Dünyada dizel yanacağının rekord qıtlığı yaşanır
09:05 21.08.2023 (Yenilənib: 10:13 21.08.2023) Ehtiyatların hazırkı səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər.
BAKI, 21 avqust - Sputnik. Dünya dizel yanacağı ehtiyatları bu gün ən aşağı səviyyədədir. Bu, ənənəvi olaraq yanacağa tələbatın artmasına səbəb olan Şimal yarımkürəsində yaxınlaşan istilik mövsümü fonunda mütəxəssislərin qorxusunu artırır.
Problemi "Bloomberg”ə şərh edən analitiklərin fikrincə, ehtiyatların hazırkı səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər. Təchizat tərəfində hər hansı bir pozulma və ya tələbin gözlənilməz artımı bu kritik enerji məhsulunun qiymətini sürətlə yüksəldə bilər.
Xüsusilə Avropada və ABŞ-ın Atlantik sahillərində vəziyyət gərgindir. “Wood Mackenzie” tərəfindən şimali və qərbi Avropada dizel ehtiyatlarının yaxın aylarda azalacağı proqnozlaşdırılır.
Qeyd olunub ki, vəziyyət neft emalı zavodlarının daha yüngül neft növlərinə keçməsi ilə daha da ağırlaşıb ki, bu da dizel yanacağının istehsalının azalmasına səbəb olub.
Analitiklər qeyd ediblər ki, hətta Çinin yanacaq ixracına yeni kvotalar verməsi çətin ki, vəziyyəti kökündən yaxşılaşdırsın. Tikinti sektorundakı problemlərə baxmayaraq, Çindən daxili tələb gözləniləndən yüksək olub.
“Beləliklə, qlobal iqtisadiyyat qış mövsümü ərəfəsində dizel yanacağı ehtiyatlarının tarixi minimumuna yaxınlaşıb. Bu, önümüzdəki aylarda tədarük zəncirlərində hər hansı bir pozulma yaranacağı təqdirdə kəskin qiymət artımına gətirib çıxaracaq”-məqalədə vurğulanıb.