Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Parataekvondoçumuz qızıl medal qazanıb

© Photo : AZƏRTACTaekvondo yarışları, arxiv şəkli
Taekvondo yarışları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 21.08.2023
Abunə olmaq
70 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
BAKI, 21 avqust — Sputnik. Azərbaycan təmsilçisi İmaməddin Xəlilov Koreyanın Çunçeon şəhərində keçirilən dünya açıq parataekvondo turnirində qızıl medal qazanıb.
Azərbaycan Milli Paralimpiya Komitəsindən verilən məlumatına görə, 70 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərini qabaqlayaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Qeyd edək ki, İmaməddin Xəlilov daha əvvəl Niderlandın Rotterdam şəhərində keçirilmiş Avropa çempionatında da eyni nəticəni göstərib.
Xatırladaq ki, bir neçə gün əvvəl Azərbaycanlı taekvondoçu İmaməddin Xəlilov (-70 kq, K44) Avropa Paralimpiya Çempionatının da qızıl medalına sahib olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0