https://sputnik.az/20230821/fde-prezidenti-nicat-abasovun-yarimfinala-qeder-irelilemesi-boyuk-surpriz-oldu-457883705.html
FİDE prezidenti: “Nicat Abasovun yarımfinala qədər irəliləməsi böyük sürpriz oldu”
FİDE prezidenti: “Nicat Abasovun yarımfinala qədər irəliləməsi böyük sürpriz oldu”
Sputnik Azərbaycan
Dvorkoviç hindistanlı Rameşbabu Praqqnanandxa və norveçli Maqnus Karlsen arasında baş tutacaq finalın maraqlı alınacağını proqnozlaşdırıb 21.08.2023, Sputnik Azərbaycan
2023-08-21T23:23+0400
2023-08-21T23:23+0400
2023-08-22T10:22+0400
idman
fide
prezident
dünya kuboku
https://cdnn1.img.sputnik.az/img/41031/39/410313950_0:0:2200:1239_1920x0_80_0_0_d1048bbaa115b62655f9c2c6db11a7d5.jpg
BAKI, 21 avqust - Sputnik. “Nicat Abasovun yarımfinala qədər irəliləməsi böyük sürpriz oldu”.“Report”un məlumatına görə, bunu FİDE-nin prezidenti Arkadi Dvorkoviç Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala qədər irəliləməsi barədə jurnalistlərə açıqlamasında deyib.Rusiyalı funksioner Abasovun yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə məğlub olsa da, rəqibinə müqavimət göstərdiyini bildirib: “Nicat ona qarşı yaxşı mübarizə apardı. Fikrimcə, Azərbaycan şahmatı üçün bu, uğurlu nəticədir. Azərbaycan şahmatçısı artıq bir dəfə Dünya Kubokunu qazanıb. Bu, Teymur Rəcəbov idi. Nicat da gözəl mübarizə apardı. İndi də üçüncü yer uğrunda yarışacaq”.O, Dünya Kubokunun Bakıda keçirilməsindən məmnun olduqlarını söyləyib: “Yüksək rəqabətli turnir keçirilir. Maraqlı, gözlənilməz nəticələr, gözəl mübarizələr oldu. Təcrübəli və gənc şahmatçılar arasında gərgin görüşələr keçirildi. Azarkeşlər üçün də maraqlı yarış keçirilir. Möhtəşəm təşkilatçılığa görə, Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirəm”.Dvorkoviç hindistanlı Rameşbabu Praqqnanandxa və norveçli Maqnus Karlsen arasında baş tutacaq finalın maraqlı alınacağını proqnozlaşdırıb: “İstənilən final görüşü maraq doğurur. Budəfəki finalda son illərin ən güclü şahmatçısı Karlsenlə Hindistanın gənc təmsilçisi Praqqnanandxa üz-üzə gələcəklər. Bu dəfə də təcrübə ilə istedad qarşılaşacaq. İstənilən sürprizlə qarşılaşa bilərik. Finalla bağlı proqnoz vermək çətindir. İddiaçılar Turnirində Hindistan şahmatçısının iştirak etməsi onlar üçün maraqlı olacaq”.FİDE prezidenti Fabiano Karuana ilə Nicat Abasov arasında üçüncü yer uğrunda görüşün də önəm kəsb etdiyini vurğuıayıb: “Maqnus Karlsenin İddiaçılar Turnirində iştirak edib-etməyəcəyi ilə bağlı hansı qərarı verəcəyi hələ məlum deyil. Yəni, heç kimin İddiaçılar Turnirində yeri təmin olunmayıb. Bu üzdən gərgin mübarizələr izləyəcəyik”.Dvorkoviç sonda Maqnus Karlsenin İddiaçılar Turnirinin formatının dəyişdirilməsi ilə bağlı tələbini də cavablandırıb: “Karlsenin istənilən qərarına hörmətlə yanaşacağıq. Bizim üçün azarkeşlərin marağı hər şeydən önəmlidir. İddiaçılar Turniri ilə bağlı hələlik nəsə demək doğru olmaz. Bir nəfərə görə formatı dəyişə bilmərik”.Qeyd edək ki, Dünya Kubokunda həlledici görüşlər avqustun 22-24-də keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41031/39/410313950_245:0:2200:1466_1920x0_80_0_0_71b7e7ed95d4df64a9db34437b961ba9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
fide, prezident, dünya kuboku
fide, prezident, dünya kuboku
FİDE prezidenti: “Nicat Abasovun yarımfinala qədər irəliləməsi böyük sürpriz oldu”
23:23 21.08.2023 (Yenilənib: 10:22 22.08.2023) Dvorkoviç hindistanlı Rameşbabu Praqqnanandxa və norveçli Maqnus Karlsen arasında baş tutacaq finalın maraqlı alınacağını proqnozlaşdırıb
BAKI, 21 avqust - Sputnik. “Nicat Abasovun yarımfinala qədər irəliləməsi böyük sürpriz oldu”.
“Report”un məlumatına görə, bunu FİDE-nin prezidenti Arkadi Dvorkoviç Azərbaycan şahmatçısı Nicat Abasovun Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala qədər irəliləməsi barədə jurnalistlərə açıqlamasında deyib.
Rusiyalı funksioner Abasovun yarımfinalda beşqat dünya çempionu Maqnus Karlsenə məğlub olsa da, rəqibinə müqavimət göstərdiyini bildirib: “Nicat ona qarşı yaxşı mübarizə apardı. Fikrimcə, Azərbaycan şahmatı üçün bu, uğurlu nəticədir. Azərbaycan şahmatçısı artıq bir dəfə Dünya Kubokunu qazanıb. Bu, Teymur Rəcəbov idi. Nicat da gözəl mübarizə apardı. İndi də üçüncü yer uğrunda yarışacaq”.
O, Dünya Kubokunun Bakıda keçirilməsindən məmnun olduqlarını söyləyib: “Yüksək rəqabətli turnir keçirilir. Maraqlı, gözlənilməz nəticələr, gözəl mübarizələr oldu. Təcrübəli və gənc şahmatçılar arasında gərgin görüşələr keçirildi. Azarkeşlər üçün də maraqlı yarış keçirilir. Möhtəşəm təşkilatçılığa görə, Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirəm”.
Dvorkoviç hindistanlı Rameşbabu Praqqnanandxa və norveçli Maqnus Karlsen arasında baş tutacaq finalın maraqlı alınacağını proqnozlaşdırıb: “İstənilən final görüşü maraq doğurur. Budəfəki finalda son illərin ən güclü şahmatçısı Karlsenlə Hindistanın gənc təmsilçisi Praqqnanandxa üz-üzə gələcəklər. Bu dəfə də təcrübə ilə istedad qarşılaşacaq. İstənilən sürprizlə qarşılaşa bilərik. Finalla bağlı proqnoz vermək çətindir. İddiaçılar Turnirində Hindistan şahmatçısının iştirak etməsi onlar üçün maraqlı olacaq”.
FİDE prezidenti Fabiano Karuana ilə Nicat Abasov arasında üçüncü yer uğrunda görüşün də önəm kəsb etdiyini vurğuıayıb: “Maqnus Karlsenin İddiaçılar Turnirində iştirak edib-etməyəcəyi ilə bağlı hansı qərarı verəcəyi hələ məlum deyil. Yəni, heç kimin İddiaçılar Turnirində yeri təmin olunmayıb. Bu üzdən gərgin mübarizələr izləyəcəyik”.
Dvorkoviç sonda Maqnus Karlsenin İddiaçılar Turnirinin formatının dəyişdirilməsi ilə bağlı tələbini də cavablandırıb: “Karlsenin istənilən qərarına hörmətlə yanaşacağıq. Bizim üçün azarkeşlərin marağı hər şeydən önəmlidir. İddiaçılar Turniri ilə bağlı hələlik nəsə demək doğru olmaz. Bir nəfərə görə formatı dəyişə bilmərik”.
Qeyd edək ki, Dünya Kubokunda həlledici görüşlər avqustun 22-24-də keçiriləcək.