Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı sənəd verənlərin sayı on bir mindən çoxdur

© Sputnik / Murad OrujovBilik günü
Bilik günü - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 339 nəfər sorğu yerləşdirib.
BAKI, 17 avqust — Sputnik. 2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Bu barədə Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 113 nəfəri oğlan, 60 226-sı isə qızdır.
Müraciət edənlərdən 115 840 nəfər Azərbaycan bölməsi, 11 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə sorğu yerləşdirib.
Qeyd edək ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Bakıda 6 saylı Asan xidmət mərkəzi - Sputnik Azərbaycan, 1920, 23.05.2023
TƏHSİL
Bakıda I sinfə qəbul üçün vətəndaşlar ASAN Xidmətə müraciət edə bilərlər - Rəsmi
Xəbər lenti
0