Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Bakıda I sinfə qəbul üçün vətəndaşlar ASAN Xidmətə müraciət edə bilərlər - Rəsmi

© Official website of President of Azerbaijan RepublicBakıda 6 saylı Asan xidmət mərkəzi
Bakıda 6 saylı Asan xidmət mərkəzi - Sputnik Azərbaycan, 1920, 23.05.2023
Abunə olmaq
Birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlara 5 və 7 saylı "ASAN xidmət" mərkəzlərində xidmət göstəriləcək.
BAKI, 23 may — Sputnik. Mayın 23-ü (saat 10:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 28 071 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə müraciət edilib.
Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.
Qeyd edək ki, özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara (iş günləri ərzində saat 10:00-dan 16:00-dək) müvafiq məktəblərdə yaradılmış Alternativ qeydiyyat mərkəzləri (https://baku.edu.gov.az/az/page/276), həmçinin "WhatsApp" vasitəsilə (050-996-76-63, 050-996-36-62, 050-996-46-68) müraciətlərinin cavablandırılması üçün təyin olunmuş işçi qrupları tərəfindən zəruri köməklik göstərilir. Bu məqsədlə valideynlər tərəfindən 5 294 elektron müraciət daxil olub. Müraciətlərdən 2 587-si məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 2 707-si sistemin "Əlaqə" bölməsi vasitəsilə cavablandırılıb.
Birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5 və 7 saylı "ASAN xidmət" mərkəzlərinə, o cümlədən Elm və Təhsil Nazirliyinin yeni fəaliyyətə başlayan Ümumi və Məktəbəqədər Təhsil Məsələləri üzrə Vətəndaşlara Xidmət Mərkəzinə də (Ünvan: Bakı şəhəri, Fətəli xan Xoyski 109, https://goo.gl/maps/KiQX4ba6bjBR7TFU6) müraciət edə bilərlər.
Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq.
Xəbər lenti
0