Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Cavab oyununa adi qaydada hazırlaşmışdım - Nicat Abbasov

© Photo : Azerbaijan Chess FederationNicat Abbasov
Nicat Abbasov - Sputnik Azərbaycan, 1920, 17.08.2023
Abunə olmaq
Şahmatçımız heç bir hazırlıq olmadan 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoş üzərində qələbə qazanıb.
BAKI, 17 avqust — Sputnik. "Cavab oyununa adi qaydada hazırlaşmışdım, xüsusi hazırlıq olmayıb". Bu sözləri Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda yarımfinala vəsiqə qazanan Azərbaycan təmsilçisi Nicat Abasov turnirin rəsmi saytına açıqlama verərkən qeyd edib.
Nicat Abasov 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoş üzərində qazandığı qələbədən danışıb, bildirib ki, oyun vaxtı konsentrasiyasını qorumağa çalışıb: "Rəqib müəyyən səhvlər etdi, bu vəziyyət təşəbbüsü ələ almağıma şərait yaratdı. Nəticədə qalib gələrək mübarizəni davam etdirmək imkanı qazandım. Əlbəttə, turnirdən əvvəl bu qədər irəliləyəcəyimi gözləmirdim. İnsanların dəstəyi, şahmat həvəskarlarının göstərdiyi diqqət mənə əlavə güc verir. Hamıya təşəkkür edirəm. Azərbaycan xalqının dəstəyini hiss edirəm. Möhtəşəm duyğudur. Bu dəstək mənə stimul verir. Yorulanda çıxışımla bağlı yazılan dəstək sözlərini oxuyuram, bir qədər dincəlmiş oluram".
İstirahət günü barədə xüsusi planın olmadığını deyən şahmatçı yarımfinal barədə də fikirlərini bildirib: "Maqnus Karlsenlə klassik şahmat oynamamışam. Yoldaşlıq oyunları olub. Yəni rəsmi turnirlərdə klassik partiyada mübarizə aparmamışıq. Əlimdən gələni etməyə çalışacam. Ümid edirəm yaxşı olacaq".
Qeyd edək ki, 28 yaşlı şahmatçı 2020-ci ilin fevral ayında o, bütün zamanların ən yüksək reytinqi olan 2670-ə çatıb və Azərbaycanda 3-cü, dünyada isə 67-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Dünya Kubokunda yarımfinal oyunları avqustun 19-da başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0