Bakıda atıcılıq üzrə 53-cü Dünya Çempionatının ilk medalları qazanılıb
Bakıda atıcılıq üzrə 53-cü Dünya Çempionatının ilk medalları qazanılıb
Sputnik Azərbaycan
Azərbaycanın paytaxtında keçirilən dünya birinciliyində kişilər arasında pnevmatik tapança ilə on metr məsafəyə atəşaçma üzrə həm fərdi, həm də komanda... 17.08.2023, Sputnik Azərbaycan
BAKI, 17 avqust — Sputnik. Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə 53-cü Dünya Çempionatının ilk yarış günü keçirilib. Avqustun 17-də Azərbaycanın paytaxtında keçirilən Dünya Çempionatında kişilər arasında pnevmatik tapança ilə on metr məsafəyə atəşaçma üzrə həm fərdi, həm də komanda hesabında medallar qazanılıb. Şəxsi hesabda Bakı Dünya Çempionatının ilk qızıl medalını 244,3 xalla çinli Boven Yanq qazanıb. Gümüş və bürünc medalları müvafiq olaraq Damir Mikeç (Serbiya, 240,8 xal) və Kiril Kirov (Bolqarıstan, 215,7 xal) qazanıb. Komanda hesabında Çin qalib gəlib, ikinci yeri Almaniya komandası tutub, üçüncü yerdə isə hindlilər qərarlaşıb. Fərdi və komanda yarışlarının qalibi çinli Boven Yanq ilk günü başa vurduqdan sonra Bakıya gəlişindən çox məmnun olduğunu bildirib. Qeyd edək ki, çinli idmançı medalla yanaşı, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına da vəsiqə qazanıb. Bu gün həmçinin qadınlar arasında pnevmatik tapança ilə on metr məsafəyə atəşaçma üzrə medallar qazanılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Azərbaycanın paytaxtında keçirilən dünya birinciliyində kişilər arasında pnevmatik tapança ilə on metr məsafəyə atəşaçma üzrə həm fərdi, həm də komanda hesabında medallar qazanılıb.
BAKI, 17 avqust — Sputnik.Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə 53-cü Dünya Çempionatının ilk yarış günü keçirilib.
Avqustun 17-də Azərbaycanın paytaxtında keçirilən Dünya Çempionatında kişilər arasında pnevmatik tapança ilə on metr məsafəyə atəşaçma üzrə həm fərdi, həm də komanda hesabında medallar qazanılıb.
Şəxsi hesabda Bakı Dünya Çempionatının ilk qızıl medalını 244,3 xalla çinli Boven Yanq qazanıb.
Gümüş və bürünc medalları müvafiq olaraq Damir Mikeç (Serbiya, 240,8 xal) və Kiril Kirov (Bolqarıstan, 215,7 xal) qazanıb.
Komanda hesabında Çin qalib gəlib, ikinci yeri Almaniya komandası tutub, üçüncü yerdə isə hindlilər qərarlaşıb.
Fərdi və komanda yarışlarının qalibi çinli Boven Yanq ilk günü başa vurduqdan sonra Bakıya gəlişindən çox məmnun olduğunu bildirib.
"Bakıda olmağımdan çox şadam, çünki burada idmançılar üçün çox yaxşı şərait yaradılıb. Ümid edirəm ki, bundan sonra da uğur bizi müşayiət edəcək", - deyə Yanq bildirib.
Qeyd edək ki, çinli idmançı medalla yanaşı, 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarına da vəsiqə qazanıb.
Bu gün həmçinin qadınlar arasında pnevmatik tapança ilə on metr məsafəyə atəşaçma üzrə medallar qazanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.