https://sputnik.az/20230813/dunya-banki--lgbt-eleyhine-qanuna-gore-uqandani-santaj-edir-457660641.html
Dünya Bankı LGBT əleyhinə qanuna görə Uqandanı şantaj edir
Dünya Bankı LGBT əleyhinə qanuna görə Uqandanı şantaj edir
Sputnik Azərbaycan
Dünya Bankı LGBT icmasına qarşı yönəlmiş qanuna görə Uqandadakı maliyyə layihələrini dondurmuşdu. 13.08.2023, Sputnik Azərbaycan
2023-08-13T22:49+0400
2023-08-13T22:49+0400
2023-08-13T22:49+0400
dünya bankı
dünya xəbərləri
lgbt
uqanda
https://cdnn1.img.sputnik.az/img/07e5/04/02/426601186_0:0:3641:2048_1920x0_80_0_0_339f56508ee827ce508e49c205372007.jpg
BAKI, 13 avqust - Sputnik. Dünya Bankı (DB) şantaj yolu ilə afrikalıları inanclarından və mədəniyyətlərindən imtina etməyə məcbur edir. Bunu Uqanda prezidenti Yoveri Museveni X ("X", keçmiş Twitter) sosial şəbəkəsində LGBT əleyhinə qanuna görə DB-nin sanksiyalarını şərh edərkən bildirib. Bundan əvvəl Dünya Bankı LGBT icmasına qarşı yönəlmiş qanuna görə Uqandadakı maliyyə layihələrini dondurmuşdu. Dünya Bankı may ayında qəbul edilən qanunun təşkilatın dəyərlərinə əsaslı şəkildə zidd olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, Uqanda iqtisadiyyatı Dünya Bankının kreditlərindən asılı olmadan inkişaf edəcək, çünki o, başqa mənbələrdən də maliyyə ala bilər. O, həmçinin Uqandanın tezliklə neft hasilatına başlamağı planlaşdırdığını qeyd edib. Museveni qeyd edib ki, yalnız qeyri-ənənəvi dəyərləri təbliğ etsəniz, LGBT əleyhinə qanuna tabe ola bilərsiniz. Uqanda prezidenti Yoveri Museveni daha əvvəl parlamentin təqdim etdiyi və dövlət başçısının iradlarını nəzərə alan yeni anti-homoseksual qanun layihəsini təsdiqləyib. Qanun eynicinsli cinsi əlaqəni ağırlaşdırmaqla ölüm cəzasını, homoseksuallığın təbliğinə görə isə 20 il həbs cəzasını nəzərdə tutur.Deputatlar dövlət başçısının istəklərini nəzərə alıb və vətəndaşların hər hansı homoseksual münasibət barədə məlumat verməsi tələbini yumşaldıblar. Qanunun son variantında bu tələb yalnız uşaqların belə münasibətlərə cəlb edildiyi hallarda saxlanılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230810/malayziya-lgbt-simvollari-olan-swatch-saatlarinin-saxlanmasi-ve-satisini-qadagan-edib--457604677.html
uqanda
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/02/426601186_416:0:3147:2048_1920x0_80_0_0_b090cc7ee39a8e04c138ad26a6921d1b.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
dünya bankı, lgbt, uqanda
dünya bankı, lgbt, uqanda
Dünya Bankı LGBT əleyhinə qanuna görə Uqandanı şantaj edir
Dünya Bankı LGBT icmasına qarşı yönəlmiş qanuna görə Uqandadakı maliyyə layihələrini dondurmuşdu.
BAKI, 13 avqust - Sputnik. Dünya Bankı (DB) şantaj yolu ilə afrikalıları inanclarından və mədəniyyətlərindən imtina etməyə məcbur edir. Bunu Uqanda prezidenti Yoveri Museveni X ("X", keçmiş Twitter) sosial şəbəkəsində LGBT əleyhinə qanuna görə DB-nin sanksiyalarını şərh edərkən bildirib.
Bundan əvvəl Dünya Bankı LGBT icmasına qarşı yönəlmiş qanuna görə Uqandadakı maliyyə layihələrini dondurmuşdu. Dünya Bankı may ayında qəbul edilən qanunun təşkilatın dəyərlərinə əsaslı şəkildə zidd olduğunu bildirib.
"Çox təəssüf ki, Dünya Bankı bizi şantaj yolu ilə inancımızdan, mədəniyyətimizdən, prinsiplərimizdən və suverenliyimizdən imtina etməyə məcbur etməyə çalışır. Onlar afrikalıları aşağı qiymətləndirirlər", - Museveni yazıb.
Dövlət başçısı vurğulayıb ki, Uqanda iqtisadiyyatı Dünya Bankının kreditlərindən asılı olmadan inkişaf edəcək, çünki o, başqa mənbələrdən də maliyyə ala bilər. O, həmçinin Uqandanın tezliklə neft hasilatına başlamağı planlaşdırdığını qeyd edib.
Museveni qeyd edib ki, yalnız qeyri-ənənəvi dəyərləri təbliğ etsəniz, LGBT əleyhinə qanuna tabe ola bilərsiniz.
Uqanda prezidenti Yoveri Museveni daha əvvəl parlamentin təqdim etdiyi və dövlət başçısının iradlarını nəzərə alan yeni anti-homoseksual qanun layihəsini təsdiqləyib. Qanun eynicinsli cinsi əlaqəni ağırlaşdırmaqla ölüm cəzasını, homoseksuallığın təbliğinə görə isə 20 il həbs cəzasını nəzərdə tutur.
Deputatlar dövlət başçısının istəklərini nəzərə alıb və vətəndaşların hər hansı homoseksual münasibət barədə məlumat verməsi tələbini yumşaldıblar. Qanunun son variantında bu tələb yalnız uşaqların belə münasibətlərə cəlb edildiyi hallarda saxlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.