DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Malayziya LGBT simvolları olan Swatch saatlarının saxlanması və satışını qadağan edib

© AFP 2024 / FABRICE COFFRINISwatch saatları, arxiv şəkli
Swatch saatları, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 10.08.2023
Abunə olmaq
Adıçəkilən ölkədə eynicinsli münasibətlər 20 ilə qədər həbs cəzası ilə cəzalandırılır.
BAKI, 10 avqust - Sputnik. Malayziyanın Daxili İşlər Nazirliyi İsveçrənin “Swatch” şirkətinin ölkədə LGBT simvollarının təsviri olan saat və aksesuarların saxlanmasını, satışı və istifadəsini qadağan edib. Bu barədə TASS BERNAMA agentliyinə istinadən məlumat yayıb.
Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, Malayziyada belə məhsulların saxlanması, satışı, istehsalı və paylanması qəti qadağandır.

“Bu şəkillər [Swatch məhsullarında olan - red.] ölkədə geniş ictimaiyyətin qəbul etmədiyi LGBT hərəkatını dəstəkləmək, təbliğ etmək və normallaşdırmaqla mənəvi, ictimai və milli maraqlara zərər verdiyi və ya zərər verə biləcəyi üçün qadağandır”, - deyə nazirliyin bəyanatında deyilir.

May ayında Malayziya hakimiyyəti Swatch mağazalarında reyd keçirərək 160 ədəd LGBT təbliğat saatını müsadirə edib.
Əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə eynicinsli münasibətlər 20 ilə qədər həbs cəzası ilə cəzalandırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0