https://sputnik.az/20230811/rauf-memmedov-dusunurdum-ki-nepomnyassi-artiq-hazirdir-amma-eksine-oldu-457623445.html
Rauf Məmmədov: "Düşünürdüm ki, Nepomnyaşşi "artıq hazırdır", amma əksinə oldu
Rauf Məmmədov: "Düşünürdüm ki, Nepomnyaşşi "artıq hazırdır", amma əksinə oldu
Sputnik Azərbaycan
Azərbaycanlı şahmatçı yerlilərinin şahmatdakı durumunu anladıb
2023-08-11T18:53+0400
2023-08-11T18:53+0400
2023-08-11T19:16+0400
rauf məmmədov
idman
şahmat
şahmat turniri
beynəlxalq şahmat federasiyası
hindistan
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437372852_0:160:3072:1888_1920x0_80_0_0_31a19eaae8b4eb66f744312bc1015c6d.jpg
BAKI, 11 avqust — Sputnik. Rauf Məmmədov Azərbaycan təmsilçilərinin Bakıda keçirilən dünya Kubokundakı uğursuzluqlarına görə yerli şahmat həvəskarlarının iradlarını bildirəcəkləri nadir şəxslərdəndir. 1/32 finalda ona yalnız tay-brekdə uduzduğu ikiqat dünya vitse-çempionu Yan Nepomnyaşşi rəqib olub. Sputnik Azərbaycan-la söhbətində qrossmeyster Bakı turnirindəki çıxışından və mübarizəni davam etdirən yeganə azərbaycanlı şahmatçı Nicat Abasovun perspektivindən danışıb. - Dünya Kubokundakı çıxışınızı necə qiymətləndirirsiniz? Nepomnyaşşiyə niyə uduzdunuz? - Yan təkcə "klassik"də deyil, rapid və blitsdə də çox güclüdür. Onun reytinqi həm orda, həm də bu tərəfdə 2800-dən yuxarıdır. Mənə elə gəlir ki, ilk sürətli oyunda tay-brekdə səhv etmişəm. Fərqli bir strategiyam var idi, amma mən düşündüm ki, (etiraf etməyə belə utanıram) Yan, "demək olar ki, hazırdır" və ona qalib gəlmək olar. Ancaq məlum oldu ki, mən özüm "hazır"am və məhz mənə qalib gəlmək olar. - Bəs niyə belə fikirləşdiniz? - Çünki klassik vaxta nəzarətlə olan ikinci oyunda - debütdə o, məni bir qədər təəccübləndirdi. Onun cüzi üstünlüyü var idi, mən asanlıqla vəziyyəti bərabərləşdirdim və hansısa bir anda üstünlüyü əldə etmək şansım oldu. Ümumiyyətlə, ilk rapid oyunda nəsə qəribə oynadım. Prinsipcə, oyun keyfiyyəti də daxil olmaqla bərabər oyun keçirdik. Amma yəqin ki, ilk rapid oyununda daha sakit oynamalıydım. Rapiddəki ikinci oyun isə - bu, faktiki olaraq Yan tərəfindən nəticənin qeydə alınması idi. İlk oyundakı məğlubiyyətdən sonra belə qısa müddətdə cavab oyununda qələbə üçün necə oynayacağımı hələ anlamırdım. - Nepomnyaşşinin dünya Kubokundakı perspektivlərini necə qiymətləndirirsiniz? - O, turnirdən əvvəl də əsas favoritlərdən biri idi. Ancaq burada hər bir matçda hər şey ola bilər. - Sizə qarşı ikiqat dünya vitse-çempionunun oynadığını nəzərə alsaq, Dünya Kubokunu yarımçıq qoyan Azərbaycan şahmatçıları arasında, yəqin ki, ən az irad bildirilən sizsiniz. Qalan uşaqlar niyə belə pis çıxış etdilər? - Özümə üç üstəgəl, bəlkə də dörd verərdim. Düşünürəm ki, daha da irəli gedə bilərdim, çünki mundialın məqsədi iki dövrü qət etmək deyil, yüksək nəticə üçün mübarizə aparmaqdır. Hərçənd, başa düşürəm ki, son iki ildə öz reytinqimlə, formamla bunu etmək çətindir. Digər tərəfdən, bütövlükdə onun "klassik"in bir oyununda belə uduzmaması pis deyil. Mənə elə gəlir ki, o, ikiqat dünya vitse-çempionu olan Nepomnyaşşiyə qarşı ləyaqətlə oynayıb. Qalan oğlanlarımıza gəlincə, bilmirəm. Ola bilsin ki, kimsə yaxşı hazırlaşmayıb. Bunu demək çətindir, çünki mundialda hər kəs məğlub ola bilər. - Nicat Abasov meydanda yeganə döyüşçüdür? - Hələ Türkiyədə olarkən onun necə yaxşı formada olduğunu müşahidə etdim. Burada da o, əla görünür. Axı Aniş Giriyə qalib gəlmək həmişə çətindir. Deməli o, döyüşçüdür. O, bizim şahmatçılarımız arasında yeganədir ki, özünə dörd plus verə bilər. Beş almaqdan ötrü hələ çalışmaq lazımdır. - Hazırda, 1/16 final mərhələsində kimi dünya Kubokunun favoriti adlandırardınız? - Bu sual dünən verilsəydi, Maqnus Karlsen deyərdi, amma indi... (Karlsen ilk oyunda alman Vinsent Kaymerə uduzub - red.). Hindistan şahmatçılarından birinin adını çəksəm, təəccüblü heç nə olmayacaq. Gəlin belə edək - Fabiano Karuana deyim. Düzünü desəm, ondan daha çox xoşum gəlir - ağıllı oğlandır və öz işini görür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/12/437372852_171:0:2902:2048_1920x0_80_0_0_204a073d37eb05975e76fcf049832f81.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmat rauf məmmədov nepomnyaşşi
şahmat rauf məmmədov nepomnyaşşi
Rauf Məmmədov: "Düşünürdüm ki, Nepomnyaşşi "artıq hazırdır", amma əksinə oldu
18:53 11.08.2023 (Yenilənib: 19:16 11.08.2023) Azərbaycanlı qrossmeyster ikiqat dünya vitse-çempionuna uduzmasının səbəblərindən danışıb və Bakıda keçirilən dünya Kubokunun favoritinin adını çəkib.
BAKI, 11 avqust — Sputnik. Rauf Məmmədov Azərbaycan təmsilçilərinin Bakıda keçirilən dünya Kubokundakı uğursuzluqlarına görə yerli şahmat həvəskarlarının iradlarını bildirəcəkləri nadir şəxslərdəndir.
1/32 finalda ona yalnız tay-brekdə uduzduğu ikiqat dünya vitse-çempionu Yan Nepomnyaşşi rəqib olub. Sputnik Azərbaycan-la söhbətində qrossmeyster Bakı turnirindəki çıxışından və mübarizəni davam etdirən yeganə azərbaycanlı şahmatçı Nicat Abasovun perspektivindən danışıb.
- Dünya Kubokundakı çıxışınızı necə qiymətləndirirsiniz? Nepomnyaşşiyə niyə uduzdunuz?
- Yan təkcə "klassik"də deyil, rapid və blitsdə də çox güclüdür. Onun reytinqi həm orda, həm də bu tərəfdə 2800-dən yuxarıdır. Mənə elə gəlir ki, ilk sürətli oyunda tay-brekdə səhv etmişəm. Fərqli bir strategiyam var idi, amma mən düşündüm ki, (etiraf etməyə belə utanıram) Yan, "demək olar ki, hazırdır" və ona qalib gəlmək olar. Ancaq məlum oldu ki, mən özüm "hazır"am və məhz mənə qalib gəlmək olar.
- Bəs niyə belə fikirləşdiniz?
- Çünki klassik vaxta nəzarətlə olan ikinci oyunda - debütdə o, məni bir qədər təəccübləndirdi. Onun cüzi üstünlüyü var idi, mən asanlıqla vəziyyəti bərabərləşdirdim və hansısa bir anda üstünlüyü əldə etmək şansım oldu. Ümumiyyətlə, ilk rapid oyunda nəsə qəribə oynadım.
Prinsipcə, oyun keyfiyyəti də daxil olmaqla bərabər oyun keçirdik. Amma yəqin ki, ilk rapid oyununda daha sakit oynamalıydım. Rapiddəki ikinci oyun isə - bu, faktiki olaraq Yan tərəfindən nəticənin qeydə alınması idi. İlk oyundakı məğlubiyyətdən sonra belə qısa müddətdə cavab oyununda qələbə üçün necə oynayacağımı hələ anlamırdım.
- Nepomnyaşşinin dünya Kubokundakı perspektivlərini necə qiymətləndirirsiniz?
- O, turnirdən əvvəl də əsas favoritlərdən biri idi. Ancaq burada hər bir matçda hər şey ola bilər.
- Sizə qarşı ikiqat dünya vitse-çempionunun oynadığını nəzərə alsaq, Dünya Kubokunu yarımçıq qoyan Azərbaycan şahmatçıları arasında, yəqin ki, ən az irad bildirilən sizsiniz. Qalan uşaqlar niyə belə pis çıxış etdilər?
- Özümə üç üstəgəl, bəlkə də dörd verərdim. Düşünürəm ki, daha da irəli gedə bilərdim, çünki mundialın məqsədi iki dövrü qət etmək deyil, yüksək nəticə üçün mübarizə aparmaqdır. Hərçənd, başa düşürəm ki, son iki ildə öz reytinqimlə, formamla bunu etmək çətindir.
Digər tərəfdən, bütövlükdə onun "klassik"in bir oyununda belə uduzmaması pis deyil. Mənə elə gəlir ki, o, ikiqat dünya vitse-çempionu olan Nepomnyaşşiyə qarşı ləyaqətlə oynayıb. Qalan oğlanlarımıza gəlincə, bilmirəm. Ola bilsin ki, kimsə yaxşı hazırlaşmayıb. Bunu demək çətindir, çünki mundialda hər kəs məğlub ola bilər.
- Nicat Abasov meydanda yeganə döyüşçüdür?
- Hələ Türkiyədə olarkən onun necə yaxşı formada olduğunu müşahidə etdim. Burada da o, əla görünür. Axı Aniş Giriyə qalib gəlmək həmişə çətindir. Deməli o, döyüşçüdür. O, bizim şahmatçılarımız arasında yeganədir ki, özünə dörd plus verə bilər. Beş almaqdan ötrü hələ çalışmaq lazımdır.
- Hazırda, 1/16 final mərhələsində kimi dünya Kubokunun favoriti adlandırardınız?
- Bu sual dünən verilsəydi, Maqnus Karlsen deyərdi, amma indi... (Karlsen ilk oyunda alman Vinsent Kaymerə uduzub - red.). Hindistan şahmatçılarından birinin adını çəksəm, təəccüblü heç nə olmayacaq. Gəlin belə edək - Fabiano Karuana deyim. Düzünü desəm, ondan daha çox xoşum gəlir - ağıllı oğlandır və öz işini görür.