Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Sabah bəzi yerlərdə 43° isti olacaq

© AFP 2023 / BARBARA GINDL / APA / AFPİsti hava, arxiv şəkli
İsti hava, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.08.2023
Abunə olmaq
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
BAKI, 8 avqust — Sputnik. Avqustun 9-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 22-27° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 23-28° isti, gündüz 35-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 16-21° isti, gündüz 27-32° isti olacaq.
İsti hava,arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.08.2023
CƏMİYYƏT
Bu saatlarda açıq günəş şüasına məruz qalan yerlərdə olmayın - Həkim xəbərdarlığı
Xəbər lenti
0