Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" komandası Avropa Liqasında "Qalatasaray"la oynaya bilər

© Sputnik / Murad Orujov"Qarabağ" - "Qalatasaray" matçında oyun epizodu, arxiv şəkli
Qarabağ - Qalatasaray matçında oyun epizodu, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 07.08.2023
Abunə olmaq
İsveçrənin Nyon şəhərində Avropa Liqasının seçmə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib və nəticədə "Qarabağ" komandasının potensial rəqibləri bəlli olub.
BAKI, 7 avqust — Sputnik. Ağdamın "Qarabağ" klubu Avropa Liqasının təsnifat mərhələsində İstanbulun "Qalatasaray" komandası ilə qarşılaşa bilər.
Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının seçmə pley-off mərhələsinin püşkatma mərasimi keçirilib və nəticədə Azərbaycan çempionu "Qarabağ"ın potensial rəqibləri məlum olub.
Belə ki, əgər Ağdam klubu üçüncü təsnifat mərhələsini keçərsə, növbəti mərhələdə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində oynayacaq "Olimpiya" (Sloveniya) – "Qalatasaray" (Türkiyə) cütlüyündə məğlub olan tərəflə qarçılaşacaq.
Əgər komanda Avropa Liqasının üçüncü seçmə mərhələsində Finlandiyanın "Hik" komandasına məğlub olarsa, o zaman UEFA Konfrans Liqasının seçmə pley-off mərhələsinə çıxacaq və burada rəqib hələ müəyyənləşdirilməyib.
Xatırladaq ki, "Qarabağ" və "Hik" komandaları arasında ilk oyun avqustun 10-da, cümə axşamı Bakıda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0