https://sputnik.az/20230806/cin-alimleri-xerceng-ve-qocalmaya-qarsi-tebii-madde-kesf-edib-457372612.html
Çin alimləri xərçəng və qocalmaya qarşı təbii maddə kəşf edib
Çin alimləri xərçəng və qocalmaya qarşı təbii maddə kəşf edib
Sputnik Azərbaycan
Alimlərin kəşf etdiyi maddə qocalmış hüceyrələrə təsir göstərmək, onlarda iltihabı azaltmaq qabiliyyətinə malikdir. 06.08.2023, Sputnik Azərbaycan
2023-08-06T08:57+0400
2023-08-06T08:57+0400
2023-08-06T08:31+0400
xərçəng
səhiyyə
şanxay
çin
alimlər
https://cdnn1.img.sputnik.az/img/42227/23/422272313_0:76:3079:1807_1920x0_80_0_0_8ef7dee7c902a4b0ff258c4a58675d88.jpg
BAKI, 6 avqust — Sputnik. Şanxay İnstitutundan olan Çin alimləri hüceyrə qocalmasına qarşı və xərçənglə mübarizədə kimyaterapiyanın effektivliyini artırmaq qabiliyyətinə malik olan təbii maddə aşkar ediblər. Alimlərin araşdırmalarının nəticələri "Aging Cell" jurnalında dərc olunub. Bildirilir ki, təbii maddə angioprotektiv və kapilyar gücləndirici təsir göstərən, həmçinin antioksidant xüsusiyyətlərə malik flavonoidlər sinfinin nümayəndəsidir. Maddə ən çox multivitamin preparatlarının tərkib hissəsi kimi, həm də müstəqil qarışıq kimi istifadə olunur. Maddənin sənaye istehsalının mənbələri Yapon soforası və adi qarabaşaq yarmasıdır. Hazırkı işdə mütəxəssislər təbii dərmanlar kitabxanasının geniş miqyaslı skrininqini apararaq təbii qocalma əleyhinə vasitələr tapmağa çalışıblar. Məlum olub ki, maddə qocalmış hüceyrələrə təsir göstərmək, onlarda iltihabı azaltmaq qabiliyyətinə malikdir.
https://sputnik.az/20230417/xerceng-ve-urek-xesteliklerine-qarsi-peyvend-effektiv-olacaq-453814390.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42227/23/422272313_0:0:2731:2048_1920x0_80_0_0_9e88592276ee0d63af92009dcaa1d056.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xərçəng, şanxay, çin, alimlər
xərçəng, şanxay, çin, alimlər
Çin alimləri xərçəng və qocalmaya qarşı təbii maddə kəşf edib
Alimlərin kəşf etdiyi maddə qocalmış hüceyrələrə təsir göstərmək, onlarda iltihabı azaltmaq qabiliyyətinə malikdir.
BAKI, 6 avqust — Sputnik. Şanxay İnstitutundan olan Çin alimləri hüceyrə qocalmasına qarşı və xərçənglə mübarizədə kimyaterapiyanın effektivliyini artırmaq qabiliyyətinə malik olan təbii maddə aşkar ediblər.
Alimlərin araşdırmalarının nəticələri "Aging Cell" jurnalında dərc olunub.
Bildirilir ki, təbii maddə angioprotektiv və kapilyar gücləndirici təsir göstərən, həmçinin antioksidant xüsusiyyətlərə malik flavonoidlər sinfinin nümayəndəsidir. Maddə ən çox multivitamin preparatlarının tərkib hissəsi kimi, həm də müstəqil qarışıq kimi istifadə olunur. Maddənin sənaye istehsalının mənbələri Yapon soforası və adi qarabaşaq yarmasıdır.
Hazırkı işdə mütəxəssislər təbii dərmanlar kitabxanasının geniş miqyaslı skrininqini apararaq təbii qocalma əleyhinə vasitələr tapmağa çalışıblar.
Məlum olub ki, maddə qocalmış hüceyrələrə təsir göstərmək, onlarda iltihabı azaltmaq qabiliyyətinə malikdir.