https://sputnik.az/20230417/xerceng-ve-urek-xesteliklerine-qarsi-peyvend-effektiv-olacaq-453814390.html
Xərçəng və ürək xəstəliklərinə qarşı peyvənd effektiv olacaq
Xərçəng və ürək xəstəliklərinə qarşı peyvənd effektiv olacaq
Sputnik Azərbaycan
Azərbaycanda əsas ölüm səbəbləri sırasında ürək, qan-damar sistemi xəstəlikəri, xərçəng dayanır. 17.04.2023, Sputnik Azərbaycan
2023-04-17T09:30+0400
2023-04-17T09:30+0400
2023-04-17T09:30+0400
xərçəng
səhiyyə
alkoqol
ürək-damar xəstəlikləri
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435197542_0:182:3273:2023_1920x0_80_0_0_4643c986cb1f49991813a8a09e0429f1.jpg
BAKI, 17 aprel — Sputnik. Moderna şirkəti 2030-cu ilədək xərçəng və ürək xəstəliklərinə qarşı mübarizədə effektiv olacaq vaksinləri hazırlayaraq təqdim edəcək. Şirkət bu peyvəndin effektiv olacağını və azı yüz minlərlə insanın həyatını xilas edəcəyini bildirib. Azərbaycanda əsas ölüm səbəbləri sırasında ürək, qan-damar sistemi xəstəlikəri, xərçəng dayanır. Ötən ilə dair rəqəmlərə görə, Azərbaycanda onkoloji xəstələrin sayı artaraq 60 min olub. Dünyada məşhur və ən çox istinad edilən mənbələrdən biri olan "worldlifeexpectancy"nin məlumatlarına görə, ölkəmizlə sözügedən xəstəliklərlə bağlı vəziyyət heç də ürəkaçan deyil. Belə ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Ölkəmizin 183 ölkə sırasında reytinq dərəcəsi 388.41 olub. Maraqlıdır, bu peyvənlərin hazırlanması və ölkəmizə gətirilməsi nə dərəcədə effektiv ola bilər? Tibb üzrə ekspert İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən əsrdə ortaya çıxan - kütləvi ölümlərə səbəb olan xəstəliklərin qarşısını almaq üçün vaksinlərdən istifadə olunub: "Ötən əsrin əvvələrində tüğyan edən taun kimi kütləvi xəstəliklər var idi. Son iki il ərzində də bütün dünyada kornavirus pandemiyası hökm sürdü və vaksinlərin köməyi ilə biz qlobal bir bəlanı geridə qoya bildik. Hazırda isə insan ölümünə səbəb olan kütləvi xəstəliklər isə xərçəng və ürək xəstəlikləridir. Xərçənglə mübarizədə vaksinlərin hazırlanması və dövriyyəyə buraxılması nə qədər rahat görünsə də, biz bunu ürək xəstəlikləri ilə bağlı deyə bilməyəcəyik". Həkim hesab edir ki, ürəyin işemik xəstəlikləri ilə bağlı vaksinin hazırlanması üçün bir qədər çətinliklərlə üzləşəcəyik. Çünki burada həyat tərzi və qocalıqla əlaqədar səbəblər də var. "Düşünürəm ki, ürək xəstəliklərinin sadəcə olaraq bir növü ilə bağlı vaksin tətbiq etmək mümkün ola bilər, lakin müxtəlif növlər üzrə bunu demək çətindir", - deyə ekspert əlavə edib. O qeyd edir ki, xərçənglə bağlı vaksin olarsa, bu zaman bəşəriyyət böyük bir bəladan xilas olacaq: "Hələlik bununla bağlı proqnozlar veririk, nəyin, necə olacağını tarix göstərəcək". Tibb üzrə digər ekspert Adil Qeybulla bildirir ki, xərçəng xəstəliyinin artmasında ekoloji faktorlar, qeyri-sağlam qida, siqaret və alkoqolun təsiri var. Öncəki 30-40 illə müqayisədə oturaq həyatın artması, fiziki aktivliyin azalmasının fonunda ürək, qan-damar sistemi xəstəlikləri, xərçənglə bağlı rəqəmlərdə artım var."Vaksinasiya elmin bəşəriyyətə verdiyi ən böyük hədiyyədir, bunun sayəsində bir sıra xəstəliklər yoxa çıxıb", - deyə A.Qeybulla bildirib. O, vaksinlər sayəsində bu xəstəliklərlə bağlı rəqəmlərdə azalmaların olacağına inandığını vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0b/0f/435197542_267:0:2998:2048_1920x0_80_0_0_22c3d3666ed50f0f1711580123b30ad6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xərçəng, alkoqol, ürək-damar xəstəlikləri
xərçəng, alkoqol, ürək-damar xəstəlikləri
Xərçəng və ürək xəstəliklərinə qarşı peyvənd effektiv olacaq
Azərbaycanda əsas ölüm səbəbləri sırasında ürək, qan-damar sistemi xəstəlikəri, xərçəng dayanır.
BAKI, 17 aprel — Sputnik. Moderna şirkəti 2030-cu ilədək xərçəng və ürək xəstəliklərinə qarşı mübarizədə effektiv olacaq vaksinləri hazırlayaraq təqdim edəcək. Şirkət bu peyvəndin effektiv olacağını və azı yüz minlərlə insanın həyatını xilas edəcəyini bildirib.
Azərbaycanda əsas ölüm səbəbləri sırasında ürək, qan-damar sistemi xəstəlikəri, xərçəng dayanır. Ötən ilə dair rəqəmlərə görə, Azərbaycanda onkoloji xəstələrin sayı artaraq 60 min olub.
Dünyada məşhur və ən çox istinad edilən mənbələrdən biri olan "worldlifeexpectancy"nin məlumatlarına görə, ölkəmizlə sözügedən xəstəliklərlə bağlı vəziyyət heç də ürəkaçan deyil.
Belə ki, ürək, qan-damar sistemi xəstəliklərindən baş verən ölüm hallarına görə ölkəmiz Tacikistandan sonra ikinci yerdə qərarlaşıb. Ölkəmizin 183 ölkə sırasında reytinq dərəcəsi 388.41 olub.
Maraqlıdır, bu peyvənlərin hazırlanması və ölkəmizə gətirilməsi nə dərəcədə effektiv ola bilər?
Tibb üzrə ekspert İlqar Hüseynli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən əsrdə ortaya çıxan - kütləvi ölümlərə səbəb olan xəstəliklərin qarşısını almaq üçün vaksinlərdən istifadə olunub:
"Ötən əsrin əvvələrində tüğyan edən taun kimi kütləvi xəstəliklər var idi. Son iki il ərzində də bütün dünyada kornavirus pandemiyası hökm sürdü və vaksinlərin köməyi ilə biz qlobal bir bəlanı geridə qoya bildik. Hazırda isə insan ölümünə səbəb olan kütləvi xəstəliklər isə xərçəng və ürək xəstəlikləridir. Xərçənglə mübarizədə vaksinlərin hazırlanması və dövriyyəyə buraxılması nə qədər rahat görünsə də, biz bunu ürək xəstəlikləri ilə bağlı deyə bilməyəcəyik".
Həkim hesab edir ki, ürəyin işemik xəstəlikləri ilə bağlı vaksinin hazırlanması üçün bir qədər çətinliklərlə üzləşəcəyik. Çünki burada həyat tərzi və qocalıqla əlaqədar səbəblər də var.
"Düşünürəm ki, ürək xəstəliklərinin sadəcə olaraq bir növü ilə bağlı vaksin tətbiq etmək mümkün ola bilər, lakin müxtəlif növlər üzrə bunu demək çətindir", - deyə ekspert əlavə edib.
O qeyd edir ki, xərçənglə bağlı vaksin olarsa, bu zaman bəşəriyyət böyük bir bəladan xilas olacaq: "Hələlik bununla bağlı proqnozlar veririk, nəyin, necə olacağını tarix göstərəcək".
Tibb üzrə digər ekspert Adil Qeybulla bildirir ki, xərçəng xəstəliyinin artmasında ekoloji faktorlar, qeyri-sağlam qida, siqaret və alkoqolun təsiri var. Öncəki 30-40 illə müqayisədə oturaq həyatın artması, fiziki aktivliyin azalmasının fonunda ürək, qan-damar sistemi xəstəlikləri, xərçənglə bağlı rəqəmlərdə artım var.
"Vaksinasiya elmin bəşəriyyətə verdiyi ən böyük hədiyyədir, bunun sayəsində bir sıra xəstəliklər yoxa çıxıb", - deyə A.Qeybulla bildirib.
O, vaksinlər sayəsində bu xəstəliklərlə bağlı rəqəmlərdə azalmaların olacağına inandığını vurğulayıb.