Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

“Sabah” və “Neftçi”nin pley-offdakı potensial rəqibləri müəyyənləşib

© AFP 2023 / FABRICE COFFRINIЖеребьевка Лиги Европы УЕФА
Жеребьевка Лиги Европы УЕФА - Sputnik Azərbaycan, 1920, 05.08.2023
Abunə olmaq
Püşkatma zamanı eyni ölkənin komandalarının yer aldığı cütlüklər bir-birilərinə rəqib ola bilməzlər.
BAKI, 5 avqust - Sputnik. Azərbaycan klubları “Sabah” və “Neftçi”nin UEFA Konfrans Liqasının pley-off mərhələsində yer alacaqları səbətlər və potensial rəqibləri müəyyənləşib.
III raundda Serbiya təmsilçisi “Partizan”la qarşılaşacaq “Sabah” mərhələ adlayacağı təqdirdə, nisbətən asan rəqiblə qarşılaşa bilər.
Çünki “Partizan”ın UEFA əmsalına görə, bu cütlük avqustun 7-də keçiriləcək püşkatma zamanı səpələnmişlər sırasında qərarlaşacaq.
III təsnifat mərhələsinin “Neftçi” – “Beşiktaş” (Türkiyə) cütü isə əksinə, səpələnməmişlərdə olacaq.
Ümumilikdə püşkatmada turnirin Əsas Yolunda 17 cütlük formalaşacaq. “Ayntraxt” (Almaniya), “Lill” (Fransa), “Aston Villa” (İngiltərə), “Fiorentina” (İtaliya) və “Osasuna” (İspaniya) birbaşa bu mərhələdən yarışa qoşulacaqlar. Onlardan “Osasuna” “Sabah”ın, digərləri isə “Neftçi”nin potensial rəqibləridir.
Eyni zamanda, UEFA Avropa Liqasında III təsnifat mərhələsinin iki cütünün məğlubu da Konfrans Liqasının Əsas Yolunda mübarizəni davam etdirəcək. Onlar da “Neftçi” – “Beşiktaş” duelinin qalibinə rəqib ola bilərlər.
Püşkatma zamanı eyni ölkənin komandalarının yer aldığı cütlüklər bir-birilərinə rəqib ola bilməzlər. Həmçinin, səpələnmişlərdə qərarlaşan “Bodo/Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü “Neftçi”nin potensial rəqibləri sırasında olmayacaq.
UEFA Konfrans Liqası
Pley-off mərhələsi
Səpələnmişlər:
“Ayntraxt” (Almaniya)
“Lill” (Fransa)
“Aston Villa” (İngiltərə)
“Fiorentina” (İtaliya)
“Brügge” (Belçika) – “Akureyri” (İslandiya) cütü
“Alkmaar” (Niderland) - “Santa Koloma” (Andorra) cütü
“Gent” (Belçika) – “Poqon” (Polşa) cütü
“Dinamo” (Kiyev, Ukrayna) - “Aris” (Yunanıstan) cütü
“Fənərbağça” (Türkiyə) – “Maribor” (Sloveniya) cütü
“Midtyullan” (Danimarka) - “Omoniya” (Kipr) cütü
“Partizan” (Serbiya) - “Sabah” (Azərbaycan) cütü
PAOK (Yunanıstan) – “Hayduk” (Xorvatiya) cütü
“Makkabi” (Təl-Əviv, İsrail) - AEK (Kipr) cütü
“Viktoriya” (Çexiya) – “Qzira” (Malta) cütü
“Bodo/Qlimt” (Norveç) – “Pünik” (Ermənistan) cütü
Avropa Liqasında “Slaviya” (Çexiya) – “Dnepr-1” (Ukrayna) cütünün məğlubu
Avropa Liqasında “Olimpiakos” (Yunanıstan) – “Genk” (Belçika) cütünün məğlubu
Səpələnməmişlər:
“Osasuna” (İspaniya)
“Lex” (Polşa) – “Spartak” (Slovakiya) cütü
“Rapid” (Avstriya) – “Debretsen” (Macarıstan) cütü
“Hapoel” (Beer Şeva, İsrail) – “Levski” (Bolqarıstan) cütü
APOEL (Kipr) - “Dila” Gürcüstan) cütü
“Beşiktaş” (Türkiyə) - “Neftçi” (Azərbaycan) cütü
“Tvente” (Niderland) – “Riqa” (Latviya) cütü
“Riyeka” (Xorvatiya) - “Torshavn” (Farer adaları) cütü
“Aruka” (Portuqaliya) – “Brann” (Norveç) cütü
“Styaua” (Rimıniya) – “Nordsyelland” (Danimarka) cütü
“Legiya” (Polşa) – “Austriya” (Avstriya) cütü
“Rusenborq” (Norveç) – “Harts” (Şotlandiya) cütü
“Osiyek” (Xorvatiya) - “Adana Dəmirspor” (Türkiyə) cütü
“Hibernian” (Şotlandiya) – “Lütsern” (İsveçrə) cütü
“Tobol” (Qazaxıstan) – “Derri Siti” (İrlandiya) cütü
“Sepsi” (Rumıniya) – “Aktobe” (Qazaxıstan) cütü
“Çelye” (Sloveniya) – “Neman” (Belarus) cütü
Qeyd edək ki, Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 24-də və 31-də keçiriləcək(Report).
Xəbər lenti
0