Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

MDB Oyunları 2025-ci ildə Azərbaycanda layiqincə təşkil olunacaq - Azər Əliyev

© Photo : Facebook / National Olympic Committee of AzerbaijanЗаместитель генсека НОК Азербайджана Азер Алиев, фото из архива
Заместитель генсека НОК Азербайджана Азер Алиев, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.08.2023
Abunə olmaq
Azərbaycan komandası say baxımından üçüncü yerdədir - oyunlara 16 idman növünü təmsil edən 177 idmançı qatılıb.
BAKI, 5 avqust - Sputnik. “MDB ölkələrinin III Oyunları 2025-ci ildə Azərbaycanda keçiriləcək”.
BELTA-nın yaydığı məlumata görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev MDB ölkələrinin II Oyunlarının açılışı ərəfəsində “Xatın” memorial kompleksində jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycanda idman tədbirlərinin keçirilməsində artıq yaxşı təcrübə var: "Ümid edirik ki, iki ildən sonra Azərbaycanda keçiriləcək MDB ölkələrinin III Oyunlarını da layiqincə təşkil edəcəyik. Ola bilsin ki, daha çox regionları daxil edək. Bütün qonaqlarımızı təəccübləndirəcəyimizə inanıram”.
Baş katib 2019-cu ildə Minskdə keçirilən II Avropa Oyunlarına qatıldığını bildirib: "Bu oyunlar təşkilatçılıq və idman proqramı baxımından çox yüksək səviyyədə keçirildi. Demək olar ki, bütün yarışların keçirildiyi yerlərdə olduq. Minskdə olan zaman burada çoxlu idman obyektlərini gördüm. Belarus idman ölkəsidir".
“MDB oyunları artıq ikinci dəfədir keçirilir. Hesab edirəm ki, oyunlar daha da populyarlaşacaq. Burada əsasən gənc idmançılar çıxış edir və bu, onlara belə böyük tədbirlərdə özlərini sınamaq imkanı yaradır. Ümid edirik ki, komandamız yaxşı çıxış edəcək”, - A.Əliyev bildirib.
Azərbaycan komandası say baxımından üçüncü yerdədir - oyunlara 16 idman növünü təmsil edən 177 idmançı qatılıb. (Report)
Xəbər lenti
0