Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi" Praqa mərhələsinə qələbə ilə start verib

© Sputnik / Murad Orujovbasketbol
basketbol - Sputnik Azərbaycan, 1920, 04.08.2023
Abunə olmaq
C qrupunda qərarlaşmış "Neftçi" ilk görüşündə Latviya millisinə 16:14 hesabı ilə qalib gəlib.
BAKI, 4 avqust — Sputnik. Çexiyada təşkil olunmuş 3x3 basketbolu üzrə Dünya Qadın Seriyasının Praqa mərhələsi start götürüb.
Basketbol Federasiyasından verilən məlumata görə, Azərbaycan millisi ilk görüşündə 9:20 hesabı ilə Çiliyə, ikinci oyununda isə 13:21 hesabı ilə İsveçrəyə məğlub olaraq mübarizəni təsnifat mərhələsində dayandırıb.
C qrupunda qərarlaşmış "Neftçi" isə ilk görüşündə Latviya millisinə 16:14 hesabı ilə qalib gəlib. Azərbaycan klubu növbəti oyununu Litvaya qarşı keçirib. "Ağ-qaralar" sonuncu oyununda Litva millisinə 21:16 hesabı ilə qalib gələrək qrup lideri kimi 1/4 finala vəsiqəni təmin edib.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutmuş komandalar 1/4 finala vəsiqə qazanacaqlar.
1/4 final oyunları avqustun 5-də baş tutacaq.
(Report)
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0