https://sputnik.az/20230804/azerbaycan-kinematoqrafiyasinin-incileri-cinemaplus-da-numayis-olunur-457428447.html
Azərbaycan kinematoqrafiyasının inciləri CinemaPlus-da nümayiş olunur
Azərbaycan kinematoqrafiyasının inciləri CinemaPlus-da nümayiş olunur
Sputnik Azərbaycan
Avqustun 3-dən 10-dək davam edəcək baxış Mədəniyyət Nazirliyi, Kino Agentliyi və "Azərbaycanfilm" kinostudiyası ilə birgə həyata keçiriləcək. Giriş sərbəstdir. 04.08.2023, Sputnik Azərbaycan
2023-08-04T12:25+0400
2023-08-04T12:25+0400
2023-08-04T12:27+0400
"cinemaplus"
mədəniyyət
azərbaycan
film
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991205_0:143:3135:1906_1920x0_80_0_0_bd35ae2fce4b15d0f08a94760cc46d32.jpg
BAKI, 4 avqust — Sputnik. Avqustun 3-də "CinemaPlus Gənclik Mall" kinoteatrında Mədəniyyət Nazirliyi və Kino Agentliyinin və "Azərbaycanfilm" kinostudiyasının birgə təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə Milli Kino Gününə həsr olunmuş "Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı" adlı silsilə film nümayişlərinin açılış mərasimi keçirilib. Əvvəlcə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə çıxış edərək, Azərbaycan kinosunun inkişafı istiqamətində təşkil olunan bu cür tədbirlərin əhəmiyyətindən söz açıb:Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov kino nümayəndələrini təbrik edərək bildirib ki, 2 il bundan əvvəl Rusiya kinoteatrlarında oxşar bir təşəbbüslə çıxış etdik və təxminən bir həftə ərzində Azərbaycan kinosu Moskva kinoteatrlarında nümayiş olundu:"Azərbaycan kinosunun qərib ölkədə nümayişi bizim üçün qürurverici idi. Orada klassik filmlərimizlə yanaşı, müasir filmlər də nümayiş olunurdu. Eyni zamanda, Azərbaycanın səssiz filmləri də orada təqdim edildi. Bizim milli filmlərimiz universaldır və bütün ölkələrdə nümayişə tam yaralı ekran əsərləridir". Xalq artisti, kinorejissor Vaqif Mustafayev bu layihənin gözəl təşəbbüs olduğunu vurğulayaraq Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib, həmçinin bütün kino ictimaiyyətini təbrik edib. Sonda 1985-ci ildə istehsal edilən "Bəyin oğurlanması" filmi tam yenilənmiş versiyada nümayiş olunub. Qeyd edək ki, "Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı" adlı silsilə film nümayişləri ayın 10-dək davam edəcək. 1 həftə davam edəcək tədbirdə 21 Azərbaycan filminin nümayişi təşkil olunacaq. Giriş sərbəstdir. Nəzərinizə çatdıraq ki, filmlərə baxış üçün giriş sərbəstdir. Həmin müddətdə aşağıdakı filmlərin nümayişi nəzərdə tutulub: "Arşın mal alan", "Bəxtiyar", "O olmasın, bu olsun", "Ögey ana", "Uzaq sahillərdə", "Əhməd haradadır?", "Sehrli xalat", "Bir cənub şəhərində", "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Əzablı yollar", "Evlənmək istəyirəm", "Bəyin oğurlanması", "Cin mikrorayonda", "Atları yəhərləyin", "Süd dişinin ağrısı", "Yaramaz", "Ölsəm… bağışla".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
https://sputnik.az/20230802/azerbaycan-kinosu---125-top-10-luga-daxil-olan-milli-filmler-hansilardir-457382585.html
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/05/13/426991205_201:0:2932:2048_1920x0_80_0_0_d29f52033ae57e6ee99824024f7102f6.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"cinemaplus", azərbaycan, film
"cinemaplus", azərbaycan, film
Azərbaycan kinematoqrafiyasının inciləri CinemaPlus-da nümayiş olunur
12:25 04.08.2023 (Yenilənib: 12:27 04.08.2023) Avqustun 3-dən 10-dək davam edəcək baxış Mədəniyyət Nazirliyi, Kino Agentliyi və "Azərbaycanfilm" kinostudiyası ilə birgə həyata keçiriləcək. Giriş sərbəstdir.
BAKI, 4 avqust — Sputnik. Avqustun 3-də "CinemaPlus Gənclik Mall" kinoteatrında Mədəniyyət Nazirliyi və Kino Agentliyinin və "Azərbaycanfilm" kinostudiyasının birgə təşkilatçılığı ilə Azərbaycan kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə Milli Kino Gününə həsr olunmuş "Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı" adlı silsilə film nümayişlərinin açılış mərasimi keçirilib.
Əvvəlcə "CinemaPlus" kinoteatrlar şəbəkəsinin müşahidə şurasının sədri Zaur Darabzadə çıxış edərək, Azərbaycan kinosunun inkişafı istiqamətində təşkil olunan bu cür tədbirlərin əhəmiyyətindən söz açıb:
"Azərbaycan Kinosunun 125, "Azərbaycanfilm" kinostudiyasının 100 illiyi münasibətilə klassik Azərbaycan filmləri festivalını keçirməyi düşündük. Bu yolda bizə dəstək olan Mədəniyyət Nazirliyi, Kino Agentliyi və "Azərbaycanfilm" kinostudiyasına sonsuz təşəkkürümüzü bildiririk ki, burada nümayiş olunacaq filmləri bizə təqdim etdilər. Biz bütün bu filmləri tam yeni formatda yenilədik və bunu də sizə nümayiş etdirmək istədik".
Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov kino nümayəndələrini təbrik edərək bildirib ki, 2 il bundan əvvəl Rusiya kinoteatrlarında oxşar bir təşəbbüslə çıxış etdik və təxminən bir həftə ərzində Azərbaycan kinosu Moskva kinoteatrlarında nümayiş olundu:
"Azərbaycan kinosunun qərib ölkədə nümayişi bizim üçün qürurverici idi. Orada klassik filmlərimizlə yanaşı, müasir filmlər də nümayiş olunurdu. Eyni zamanda, Azərbaycanın səssiz filmləri də orada təqdim edildi. Bizim milli filmlərimiz universaldır və bütün ölkələrdə nümayişə tam yaralı ekran əsərləridir".
Xalq artisti, kinorejissor Vaqif Mustafayev bu layihənin gözəl təşəbbüs olduğunu vurğulayaraq Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib, həmçinin bütün kino ictimaiyyətini təbrik edib.
Sonda 1985-ci ildə istehsal edilən "Bəyin oğurlanması" filmi tam yenilənmiş versiyada nümayiş olunub.
Qeyd edək ki, "Klassik Azərbaycan filmlərinin retrospektiv baxışı" adlı silsilə film nümayişləri ayın 10-dək davam edəcək. 1 həftə davam edəcək tədbirdə 21 Azərbaycan filminin nümayişi təşkil olunacaq. Giriş sərbəstdir.
Nəzərinizə çatdıraq ki, filmlərə baxış üçün giriş sərbəstdir.
Həmin müddətdə aşağıdakı filmlərin nümayişi nəzərdə tutulub: "Arşın mal alan", "Bəxtiyar", "O olmasın, bu olsun", "Ögey ana", "Uzaq sahillərdə", "Əhməd haradadır?", "Sehrli xalat", "Bir cənub şəhərində", "Bizim Cəbiş müəllim", "Şərikli çörək", "Axırıncı aşırım", "Gün keçdi", "Nəsimi", "Əzablı yollar", "Evlənmək istəyirəm", "Bəyin oğurlanması", "Cin mikrorayonda", "Atları yəhərləyin", "Süd dişinin ağrısı", "Yaramaz", "Ölsəm… bağışla".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.