Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Azərbaycan kinosu - 125: Top-10-luğa daxil olan milli filmlər hansılardır?

© Photo : Azerbaijanfilm / 1969kino
kino - Sputnik Azərbaycan, 1920, 02.08.2023
Abunə olmaq
Sputnik Azərbaycan 125 illik kino tariximizdə ən çox baxılan filmlərin Top 10-luğu təqdim edir.
BAKI, 2 avqust — Sputnik. Bu gün Azərbaycanda Milli Kino Günüdür. 125-ci yaşını qeyd edən Azərbaycan Milli Kinosu özündə zəngin ənənələri ehtiva edir. Milli kinematoqrafiya tariximizdə 100-lərlə film var ki, onlar xalqımız tərəfindən bu gün də sevilərək izlənilir. Bəs Azərbaycanın 125 illik kino tarixində çəkilən hansı filmləri ən yaxşı hesab etmək olar? Sputnik Azərbaycan əvvəlcə kino sahəsinə bələd olan şəxslərdən TOP 10-luğa düşən filmlər barədə soruşub.
Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımova görə ən yaxşı Azərbaycan filmləri bunlardır:
- "Hər şey yaxşılığa doğru" - Rejissor Vaqif Mustafayevin filmi 1997-ci ildə çəkilib. Film, bir sıra beynəlxalq mükafatın qalibi olub.
- "Kəndlilər" - Rejissor Səməd Mərdanovun filmidir. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdi.
- "Sən niyə susursan?" - Filmin rejissoru Həsən Seyidbəylidir. Dram janrında çəkilən film 1966-cı ildə lentə alınıb.
- "Yarasa"- Azərbaycan kinosunu beynəlxalq səviyyəyə yüksəltmiş və ümumdünya kinofestivallarında ilk Qran-Pri qazanmış müstəqil Azərbaycanda çəkilmiş ilk bədii filmdir. 1995-ci ildə çəkilmiş filmin rejissoru Ayaz Salayevdir.
- "Özgə vaxt" - Rejissor Hüseyn Mehdiyev tərəfindən lentə alınan film 1996-cı ildə ekranlaşdırılıb.
- "Uzaq sahillərdə" - 1958-ci ildə rejissor Tofiq Tağızadənin lentə aldığı ekan işi İkinci Dünya müharibəsindən bəhs edir. Dünyanın 100-dən çox ölkəsində nümayiş etdirilib.
- "Bir cənub şəhərində" - Film 1969-cu ildə rejissor Eldar Quliyev tərəfindən ekranlaşdırılıb.
- "Şərikli çörək" - Rejissor Şamil Mahmudbəyovun çəkdiyi film 1969-cu ildə ekranlaşdırlıb.
- "Bizim Cəbiş müəllim" - 1969-cu ildə çəkilən filmin rejissoru Həsən Seyidbəyli
- "İstintaq" - 1979-cu ildə lentə alınan filmin rejissoru Rasim Ocaqovdur
Tanınmış kinotənqidçi Sevda Sultanovaya görə Top-10-luğa düşəcək filmlərimiz aşağıdakılardır.
- "Bismillah" - 1925-ci ildə lentə alınmış film Azərbaycanın ilk milli kinorejissoru Abbas Mirzə Şərifzadənin rejissor kimi bədii kinoda ilk işidir.
- "Lətif" - Rejissor Mikayıl Mikayılov tərəfindən 1930-cu ildə çəkilmiş film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.
- "Həyat gözəldir, qardaşım" - Rejissorlar Ramiz Əsgərov və Antonis Voyazos tərəfindən 1966-cı ildə çəkilmiş film ilk tammetrajlı bədii filmdir.
- "Sən niyə susursan? - Filmin rejissoru Həsən Seyidbəylidir. Dram janrında çəkilən film 1966-cı ildə lentə alınıb.
- "Bir cənub şəhərində" - Film 1969-cu ildə rejissor Eldar Quliyev tərəfindən ekranlaşdırılıb.
- "Babək" - 1979-cu ildə Eldar Quliyevin rejissorluğu ilə çəkilib.
- "Biləsuvar" - Rejissor Elvin Adıgözəl tərəfindən çəkilən film 2020-ci ildə ekranlaşdırılıb.
- "Xurmalar yetişəndə" - Bir çox beynəlxalq festivalların qalibi olan filmin rejissoru Hilal Baydarovdur.
- "Mövsümün sonu" - Rejissor Elmar İmanovun "Mövsümün sonu" da bir sıra beynəlxalq festivallarda uğurla çıxış edib.
- "Sarı gəlin" - Müharibədən birgə qaçan azərbaycanlı ilə erməninin faciəli taleyindən bəhs edən film 1998-ci ildə rejissor Yavər Rzayev tərəfindən lentə alınıb.
Şair, publisist Ülvi Bahadır hər zaman sosial mediada vasitəsi ilə Azərbaycan filmlərini izləyicilərə təqdim edir. Ülvi Bahadıra görə ən yaxşı Azərbaycan filmləri bunlardır:
- "Bismillah"
- "Şərikli çörək"
- "Yaramaz"
- "İstintaq"
- "O olmasın, bu olsun" - 1956-cı ildə Hüseyn Seyidzadə tərəfindən çəkilmiş film bəstəkar Üzeyir Hacıbəyovun eyniadlı operettası əsasında ekranlaşdırılıb.
- "Arşın mal alan" - Rza Təhmasib və Nikolay Leşşenko tərəfindən 1945-ci ildə ekranlaşdırılıb.
- "Axırıncı aşırım" - Rejissor Kamil Rüstəmbəyov tərəfindən 1971-ci ildə ekranlaşdırılıb.
- "Kəndlilər"
- "Gün keçdi" - 1971-ci ildə kinorejissor Arif Babayev tərəfindən ekranlaşdırılıb.
- "Bir cənub şəhərində"
- "Yarasa"
- "Özgə vaxt" - Rejissor Hüseyn Mehdiyev tərəfindən 1996-cı ildə ekranlaşdırlıb.
- "Hər şey yaxşılığa doğru"
- "Sarı gəlin"
- "Kuklalar" - 2009-cu ildə ekanlaşırılan filmin rejissoru Çingiz Rəsulzadədir.
- "Fəryad" - Qarabağ müharibəsindən bəhs edən filmin rejissoru Ceyhun Mirzəyevdir. Mərhum rejissorun quruluş verdiyi həmin film 1993-cü ildə lentə alınıb.
- "Nabat" - Qarabağ müharibəsini əks etdirən film 2014-cü ildə Elçin Musaoğlu tərəfindən lentə alınıb.
- "Qırxıncı qapı"- 2008-ci ildə ekranlaşdırlan bu filmin də rejissoru Elçin Musaoğludur.
- "Tabutçunun yelləncəyi" - Rejissoru Elmar İmanovun 2012-ci ildə ekranlaşdırdığı film
- "Biləsuvar"
Bundan başqa, "Youtube" platformasında ən çox izlənən Azərbaycan filmlərini baxış sayı ilə birlikdə təqdim edirik:
- "Qatır Məmməd" (1974) – 745000
- "Axırıncı aşırım" (1971) – 459000
- "Əhməd haradadır?!" (1963) – 450000
- "Yol əhvalatı" (1980) – 449000
- "Qaynana" (1978) – 437000
- "Ögey ana" (1958) - 310000
- "Yuxu" (2001) – 309000
- "Dolu" (2012) – 299000
- "Yeddi oğul istərəm" (1970) – 279000
- "Yarımçıq xatirələr" (2015) – 278000
Xəbər lenti
0