https://sputnik.az/20230803/qarabag-cempionlar-liqasinda-en-boyuk-ugursuzluga-imza-atib-457403128.html
"Qarabağ" Çempionlar Liqasında ən böyük uğursuzluğa imza atıb
"Qarabağ" Çempionlar Liqasında ən böyük uğursuzluğa imza atıb
Sputnik Azərbaycan
9-cu dəfə Avropanın ən nüfuzlu klub turnirində qüvvəsini sınayan Ağdam təmsilçisi ilk dəfə mübarizəni belə erkən dayandırıb 03.08.2023, Sputnik Azərbaycan
2023-08-03T14:50+0400
2023-08-03T14:50+0400
2023-08-03T14:50+0400
qarabağ
idman
uefa çempionlar liqası
çempionlar liqası
"qarabağ" fk
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447442421_0:103:2000:1228_1920x0_80_0_0_73a637556489850b42b4580ebfbe63ee.jpg
BAKI, 3 avqust — Sputnik. "Qarabağ" Çempionlar Liqasının 2023/24 mövsümündə çıxışını başa vurub. II təsnifat mərhələsində Polşa çempionu "Rakuv"la üz-üzə gələn Qurban Qurbanovun yetirmələri bu səddi keçə bilməyib. Səfərdə 2:3 hesabı ilə uduzan ağdamlılar evdə heç-heçə ilə kifayətlənib – 1:1. Bununla da "Qarabağ" Çempionlar Liqası tarixində ən böyük uğursuzluğunu yaşayıb. 9-cu dəfə Avropanın ən nüfuzlu klub turnirində qüvvəsini sınayan Ağdam təmsilçisi ilk dəfə mübarizəni belə erkən dayandırıb. Əvvəlki 8 cəhdin hamısında II təsnifat mərhələsi keçilmişdisə, bu dəfə Qurbanov və komandası azarkeşlərinə məyusluq yaşadıb. Qeyd edək ki. "Qarabağ" Çempionlar Liqası ilə bir dəfə qrupda, bir dəfə pley-offda, altı dəfə III təsnifat mərhələsində vidalaşıb. 2014/15 – III təsnifat mərhələsi 2015/16 – III təsnifat mərhələsi 2016/17 – III təsnifat mərhələsi 2017/18 – qrup mərhələsi 2018/19 – III təsnifat mərhələsi 2019/20 – III təsnifat mərhələsi 2020/21 – III təsnifat mərhələsi 2022/23 – pley-off mərhələsi 2023/24 – II təsnifat mərhələsi (APA)
https://sputnik.az/20230802/qarabag-merheleni-kece-bilmedi-457392557.html
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447442421_114:0:1887:1330_1920x0_80_0_0_f04bd194b903d59c84bb820b19710fae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, uefa çempionlar liqası, çempionlar liqası, "qarabağ" fk
qarabağ, uefa çempionlar liqası, çempionlar liqası, "qarabağ" fk
"Qarabağ" Çempionlar Liqasında ən böyük uğursuzluğa imza atıb
9-cu dəfə Avropanın ən nüfuzlu klub turnirində qüvvəsini sınayan Ağdam təmsilçisi ilk dəfə mübarizəni belə erkən dayandırıb
BAKI, 3 avqust — Sputnik. "Qarabağ" Çempionlar Liqasının 2023/24 mövsümündə çıxışını başa vurub.
II təsnifat mərhələsində Polşa çempionu "Rakuv"la üz-üzə gələn Qurban Qurbanovun yetirmələri bu səddi keçə bilməyib.
Səfərdə 2:3 hesabı ilə uduzan ağdamlılar evdə heç-heçə ilə kifayətlənib – 1:1. Bununla da "Qarabağ" Çempionlar Liqası tarixində ən böyük uğursuzluğunu yaşayıb.
9-cu dəfə Avropanın ən nüfuzlu klub turnirində qüvvəsini sınayan Ağdam təmsilçisi ilk dəfə mübarizəni belə erkən dayandırıb. Əvvəlki 8 cəhdin hamısında II təsnifat mərhələsi keçilmişdisə, bu dəfə Qurbanov və komandası azarkeşlərinə məyusluq yaşadıb.
Qeyd edək ki. "Qarabağ" Çempionlar Liqası ilə bir dəfə qrupda, bir dəfə pley-offda, altı dəfə III təsnifat mərhələsində vidalaşıb.
2014/15 – III təsnifat mərhələsi
2015/16 – III təsnifat mərhələsi
2016/17 – III təsnifat mərhələsi
2018/19 – III təsnifat mərhələsi
2019/20 – III təsnifat mərhələsi
2020/21 – III təsnifat mərhələsi
2022/23 – pley-off mərhələsi
2023/24 – II təsnifat mərhələsi (APA)