Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

İlham Əliyev Azərbaycanın sülh prosesini davam etdirmək əzmini təsdiqləyib

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев
Президент Ильхам Алиев - Sputnik Azərbaycan, 1920, 03.08.2023
Abunə olmaq
Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
BAKI, 3 avqust - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Dövlət başçısı bu yaxınlarda ABŞ Dövlət katibi Antoni Blinkenlə keçirdiyi telefon söhbəti zamanı qaldırılmış məsələlər ətrafında fikir mübadiləsini davam etdirib. Prezident İlham Əliyev Azərbaycan tərəfinin sülh prosesini davam etdirmək əzmini bir daha təsdiqləyib və tezliklə danışıqlar çərçivəsində müzakirə olunan əsas istiqamətlər üzrə nəticələrin əldə ediləcəyinə ümidvar olduğunu bildirib.
Söhbət zamanı Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
İlham Əliyev portret - Sputnik Azərbaycan, 1920, 03.08.2023
AZƏRBAYCAN XƏBƏRLƏRİ
İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktorunu qəbul edib
Xəbər lenti
0