https://sputnik.az/20230803/lham-eliyev-taliyanin-leonardo-sirketinin-bas-icraci-direktorunu-qebul-edib-457415050.html
İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktorunu qəbul edib
İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktorunu qəbul edib
Sputnik Azərbaycan
Görüşdə Azərbaycanla İtaliya arasında səmərəli tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib. 03.08.2023, Sputnik Azərbaycan
2023-08-03T19:02+0400
2023-08-03T19:02+0400
2023-08-03T19:02+0400
prezident ilham əliyev
azərbaycan xəbərləri
italiya
şirkət
azərbaycan
əməkdaşlıq
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/15/448795392_0:101:1937:1191_1920x0_80_0_0_843bc9c74696a92287f9f7a6f5cf9d27.jpg
BAKI, 3 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvonu qəbul edib.Stefano Pontekorvo İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni və müdafiə naziri Quido Krosettonun salamlarını dövlət başçısına çatdırıb.Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliya Nazirlər Şurasının Sədrinə və müdafiə nazirinə çatdırmağı xahiş edib.Görüşdə Azərbaycanla İtaliya arasında səmərəli tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, hərbi və mülki sahələrdə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan “Leonardo” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub.Qeyd edək ki, İtaliyanın müdafiə məhsulları istehsal edən ən böyük şirkəti olan “Leonardo”nun mülki sektorda da maraqlı texnologiyaları, o cümlədən “Smart city” texnologiyası, süni peyk istehsalı və aerokosmik xidmətlər, böyük şəhərlərin nəqliyyat sistemlərinin idarəedilməsi də var. Şirkətin rəhbər şəxsləri bu sahələrdə də ölkəmizə faydalı ola biləcək əməkdaşlıqla bağlı təşəbbüslərini ifadə ediblər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/15/448795392_107:0:1830:1292_1920x0_80_0_0_4b8111e36f0725e6b7571ab85a8a813e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
prezident ilham əliyev, italiya, şirkət, azərbaycan, əməkdaşlıq
prezident ilham əliyev, italiya, şirkət, azərbaycan, əməkdaşlıq
İlham Əliyev İtaliyanın “Leonardo” şirkətinin baş icraçı direktorunu qəbul edib
Görüşdə Azərbaycanla İtaliya arasında səmərəli tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.
BAKI, 3 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 3-də İtaliyanın “Leonardo” şirkətinin direktorlar şurasının sədri Stefano Pontekorvonu qəbul edib.
Stefano Pontekorvo İtaliya Respublikası Nazirlər Şurasının Sədri Ciorcia Meloni və müdafiə naziri Quido Krosettonun salamlarını dövlət başçısına çatdırıb.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İtaliya Nazirlər Şurasının Sədrinə və müdafiə nazirinə çatdırmağı xahiş edib.
Görüşdə Azərbaycanla İtaliya arasında səmərəli tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, hərbi və mülki sahələrdə dünyanın ən qabaqcıl şirkətlərindən biri olan “Leonardo” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub.
Qeyd edək ki, İtaliyanın müdafiə məhsulları istehsal edən ən böyük şirkəti olan “Leonardo”nun mülki sektorda da maraqlı texnologiyaları, o cümlədən “Smart city” texnologiyası, süni peyk istehsalı və aerokosmik xidmətlər, böyük şəhərlərin nəqliyyat sistemlərinin idarəedilməsi də var. Şirkətin rəhbər şəxsləri bu sahələrdə də ölkəmizə faydalı ola biləcək əməkdaşlıqla bağlı təşəbbüslərini ifadə ediblər.