Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın iki güləşçisi dünya çempionu olub

© Photo : Facebook / United World WrestlingАзербайджанский борец, фото из архива
Азербайджанский борец, фото из архива - Sputnik Azərbaycan, 1920, 03.08.2023
Abunə olmaq
45 kq-da Turan Daşdəmirov və 60 kq-da Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
BAKI 3 avqust - Sputnik. Azərbaycanın iki yunan-Roma güləşçisi Türkiyənin İstanbul şəhərində keçirilən U-17 dünya çempionatında qızıl medal qazanıb.
45 kq-da Turan Daşdəmirov və 60 kq-da Roman Kərimov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Daşdəmirov finalda rusiyalı Rüstəm Abatsiyevə xalların keyfiyyətinə (4:4) görə qalib gələrək dünya çempionu olub. Kərimov isə həlledici görüşdə gürcüstanlı Saba Surmanidzeni məğlub edib.
92 kq-da mübarizə aparan Mikayıl İsmayılov isə bürünc medal uğrunda qarşılaşmada iranlı Əliəkbər Aşgarivaladidən güclü olub - 3:1.
Daha əvvəl yunan-Roma güləşçilərindən Yusif Əhmədli (65 kq) mundialı gümüş medalla başa vurub.
Xəbər lenti
0