https://sputnik.az/20230730/yulun-30-da-baslanacaq-dunya-kubokunda-80-den-cox-olkeden-sahmatcilar-mubarize-aparacaq-457268892.html
Bakıda Şahmat üzrə Dünya Kubokuna start verilib: İlk gedişi nazir Fərid Qayıbov edib
Bakıda Şahmat üzrə Dünya Kubokuna start verilib: İlk gedişi nazir Fərid Qayıbov edib
Sputnik Azərbaycan
Birinci raundun partiyalarında ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç edib. 30.07.2023, Sputnik Azərbaycan
2023-07-30T17:05+0400
2023-07-30T17:05+0400
2023-07-30T23:38+0400
idman
şahmat
fide
fərid qayıbov
gənclər və idman nazirliyi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229404_0:26:3072:1754_1920x0_80_0_0_30a89794f2c9f798e7134bf281e52648.jpg
BAKI, 30 iyul - Sputnik. Bakıda şahmat üzrə Dünya Kubokuna start verilib.Birinci raundun partiyalarında ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç edib.Qeyd edək ki, raundun cavab görüşləri sabah keçiriləcək.***Bakıda şahmat üzrə Dünya Kubokuna bu gün saat 15.00-da start veriləcək. Yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.Xatırladaq ki, ötən gün Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.Konqres Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, digər yerli federasiyaların rəsmiləri, şahmatçılar və qonaqlar iştirak ediblər.Əvvəlcə səhnəyə şahmat xanaları gətirilib. Şahmat fiqurlarının formasında paltar geyinmiş personajların ifasında maraqlı səhnəcik təqdim olunub. Ardınca Dövlət Himni səsləndirilib.Bundan sonra Azərbaycanda şahmatın inkişafı və təbliğatından bəhs edən videoçarx göstərilib.Açılış mərasimində çıxış edən Fərid Qayıbov yubiley - 10-cu Dünya Kubokunun Bakıda təşkilinin təsadüf olmadığını bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev ili" elan olunduğunu xatırladıb. Şahmatın Azərbaycanda çox sevilən idman növü olduğunu söyləyən nazir bu məsələdə dövlətin qayğısını xüsusi vurğulayıb. F.Qayıbov sonda iştirakçılara uğurlar arzulayaraq onların Bakıda səmərəli vaxt keçirəcəklərinə inamını ifadə edib.Daha sonra söz Mahir Məmmədova verilib. Qonaqları salamlayan federasiya prezidenti Azərbaycanın əsl şahmat ölkəsi olduğunu söyləyib. O, ölkədə şahmatın dövlət siyasəti olduğunu qeyd edib. Azərbaycan qrossmeysterlərinin beynəlxalq yarışlardakı uğurlarından söz açan M.Məmmədov Dünya Kubokunda ölkəni 18 şahmatçının təmsil edəcəyini bildirib. O, Bakıdakı yarışın ədalətli və barışmaz mübarizə ilə yadda qalacağını əlavə edib. M.Məmmədov göstərilən etimada görə növbəti dəfə Beynəlxalq Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edib.FIDE prezidenti isə öz növbəsində başda Prezident İlham Əliyev olmaqla təşkilatçı ölkəyə belə bir yarışın keçirilməsi üçün minnətdarlığını bildirib. Yaradılan şəraitdən razılıq edən rusiyalı funksioner iştirakçılara uğurlar arzulayıb. Dvorkoviç Dünya Kubokunu açıq elan etdikdən sonra Beynəlxalq Şahmat Federasiyasının rəsmi himni səsləndirilib.Sonda isə yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək şahmatçılar müəyyənləşib.29.07.23, 17:41"Bu, Azərbaycanda keçirilən ilk Dünya Kuboku deyil. Yarışın növbəti dəfə Bakıda təşkili Azərbaycana olan etimadı göstərir". Bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.Qurum rəhbəri bildirib ki, yarışda rekord sayda - 18 Azərbaycan təmsilçisi mübarizə aparacaq:M.Məmmədov yarışda iştirak edəcək Teymur Rəcəbov və Günay Məmmədzadə barədə də danışıb:"Rəcəbov Azərbaycanın fəxridir. Dünya Kubokunda qalib gələn yeganə təmsilçimizdir. Günay Məmmədzadə isə qadın şahmatımızın lideridir. İnanıram ki, bundan sonra qələbələrini sayı daha da artacaq. Bütün iştirakçılara uğurlar arzulayıram".Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/0e/437229404_341:0:3072:2048_1920x0_80_0_0_c4ce182a0b01c45d2830e52d6741ff32.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
şahmat, fide, fərid qayıbov, gənclər və idman nazirliyi
şahmat, fide, fərid qayıbov, gənclər və idman nazirliyi
Bakıda Şahmat üzrə Dünya Kubokuna start verilib: İlk gedişi nazir Fərid Qayıbov edib
17:05 30.07.2023 (Yenilənib: 23:38 30.07.2023) Birinci raundun partiyalarında ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç edib.
BAKI, 30 iyul - Sputnik. Bakıda şahmat üzrə Dünya Kubokuna start verilib.
Birinci raundun partiyalarında ilk gedişi gənclər və idman naziri Fərid Qayıbov və Beynəlxalq Şahmat Federasiyasının prezidenti Arkadi Dvorkoviç edib.
Qeyd edək ki, raundun cavab görüşləri sabah keçiriləcək.
Bakıda şahmat üzrə Dünya Kubokuna bu gün saat 15.00-da start veriləcək.
Yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq.
Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.
Xatırladaq ki, ötən gün Bakıda şahmat üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Konqres Mərkəzində baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç, Azərbaycan Şahmat Federasiyasının prezidenti, FIDE-nin vitse-prezidenti Mahir Məmmədov, digər yerli federasiyaların rəsmiləri, şahmatçılar və qonaqlar iştirak ediblər.
Əvvəlcə səhnəyə şahmat xanaları gətirilib. Şahmat fiqurlarının formasında paltar geyinmiş personajların ifasında maraqlı səhnəcik təqdim olunub. Ardınca Dövlət Himni səsləndirilib.
Bundan sonra Azərbaycanda şahmatın inkişafı və təbliğatından bəhs edən videoçarx göstərilib.
Açılış mərasimində çıxış edən Fərid Qayıbov yubiley - 10-cu Dünya Kubokunun Bakıda təşkilinin təsadüf olmadığını bildirib. O, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı Azərbaycanda 2023-cü ilin "Heydər Əliyev ili" elan olunduğunu xatırladıb. Şahmatın Azərbaycanda çox sevilən idman növü olduğunu söyləyən nazir bu məsələdə dövlətin qayğısını xüsusi vurğulayıb. F.Qayıbov sonda iştirakçılara uğurlar arzulayaraq onların Bakıda səmərəli vaxt keçirəcəklərinə inamını ifadə edib.
Daha sonra söz Mahir Məmmədova verilib. Qonaqları salamlayan federasiya prezidenti Azərbaycanın əsl şahmat ölkəsi olduğunu söyləyib. O, ölkədə şahmatın dövlət siyasəti olduğunu qeyd edib. Azərbaycan qrossmeysterlərinin beynəlxalq yarışlardakı uğurlarından söz açan M.Məmmədov Dünya Kubokunda ölkəni 18 şahmatçının təmsil edəcəyini bildirib. O, Bakıdakı yarışın ədalətli və barışmaz mübarizə ilə yadda qalacağını əlavə edib. M.Məmmədov göstərilən etimada görə növbəti dəfə Beynəlxalq Şahmat Federasiyasının rəhbərliyinə təşəkkür edib.
FIDE prezidenti isə öz növbəsində başda Prezident İlham Əliyev olmaqla təşkilatçı ölkəyə belə bir yarışın keçirilməsi üçün minnətdarlığını bildirib. Yaradılan şəraitdən razılıq edən rusiyalı funksioner iştirakçılara uğurlar arzulayıb. Dvorkoviç Dünya Kubokunu açıq elan etdikdən sonra Beynəlxalq Şahmat Federasiyasının rəsmi himni səsləndirilib.
Sonda isə yarışın püşkü atılıb və ilk turda üz-üzə gələcək şahmatçılar müəyyənləşib.
"Bu, Azərbaycanda keçirilən ilk Dünya Kuboku deyil. Yarışın növbəti dəfə Bakıda təşkili Azərbaycana olan etimadı göstərir". Bunu Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti, Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov Bakıda keçiriləcək Dünya Kubokuna həsr olunmuş mətbuat konfransında deyib.
Qurum rəhbəri bildirib ki, yarışda rekord sayda - 18 Azərbaycan təmsilçisi mübarizə aparacaq:
"Dünya Kubokları tarixində heç bir ölkə bu qədər iştirakçı ilə təmsil olunmayıb. Təşkilatçılıq təcrübəmiz olduğu üçün yarışın yüksək səviyyədə keçəcəyi şübhə doğurmur. Tamaşaçılar əla mübarizə və ədalətli oyun görəcəklər".
M.Məmmədov yarışda iştirak edəcək Teymur Rəcəbov və Günay Məmmədzadə barədə də danışıb:
"Rəcəbov Azərbaycanın fəxridir. Dünya Kubokunda qalib gələn yeganə təmsilçimizdir. Günay Məmmədzadə isə qadın şahmatımızın lideridir. İnanıram ki, bundan sonra qələbələrini sayı daha da artacaq. Bütün iştirakçılara uğurlar arzulayıram".
Qeyd edək ki, iyulun 30-da start götürəcək yarışda 80-dən çox ölkədən 206 kişi və 103 qadın şahmatçı mübarizə aparacaq. Görüşlər “Bulvar Marriot” otelində oynanılacaq. Yarışlar hər gün saat 15-00-da başlayacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.