https://sputnik.az/20230727/qarabagin-hucumcusu-cempionlar-liqasinda-bombardirlik-yarisina-basciliq-edir-457205313.html
"Qarabağ"ın hücumçusu Çempionlar Liqasında bombardirlik yarışına başçılıq edir
"Qarabağ"ın hücumçusu Çempionlar Liqasında bombardirlik yarışına başçılıq edir
Sputnik Azərbaycan
25 yaşlı futbolçu I raundda Cəbəllütariq "Linkoln"unun, II təsnifat mərhələsində isə Polşa "Rakuv"unun qapısına 2 dəfə yol tapıb. 27.07.2023, Sputnik Azərbaycan
2023-07-27T22:40+0400
2023-07-27T22:40+0400
2023-07-28T10:01+0400
idman
qarabağ
"qarabağ" fk
futbol
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1c/457214735_0:0:2048:1153_1920x0_80_0_0_c83d83a8f5a9a7384d11b8cdecd2d8b2.jpg
BAKI, 27 iyul - Sputnik. "Qarabağ"ın futbolçusu Redon Cica UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarından sonra bombardirlik yarışına başçılıq edir.Aktivində 4 qolu olan albaniyalı hücumçu ən sərrast oyunçuların siyahısında birincidir.25 yaşlı futbolçu I raundda Cəbəllütariq "Linkoln"unun, II təsnifat mərhələsində isə Polşa "Rakuv"unun qapısına 2 dəfə yol tapıb.İslandiya "Breydablik"indən Hösküldür Günleqsson, İsrailin "Makkabi" (Hayfa) klubundan Fratsdi Pyero, Slovakiya "Slovan"ından Vladimir Vayss və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından Luka İvanuşets hərəyə 3 qolla 2-5-ci yerləri bölüşdürürlər."Qarabağ" isə bu mövsüm ÇL-də ən çox qol vuran ikinci komandadır - 8. "Köhlən atlar" bu göstəricidə yalnız "Breydablik"dən (10 qol) geri qalır (Report).Qeyd edək ki, Azərbaycan çempionu II təsnifat mərhələsinin ilk oyununda Polşada "Rakuv"a 2:3 hesabı ilə uduzub. Bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/07/1c/457214735_195:0:2015:1365_1920x0_80_0_0_54ba79a58864e7fa10328d2c956b18b0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qarabağ, "qarabağ" fk, futbol
qarabağ, "qarabağ" fk, futbol
"Qarabağ"ın hücumçusu Çempionlar Liqasında bombardirlik yarışına başçılıq edir
22:40 27.07.2023 (Yenilənib: 10:01 28.07.2023) 25 yaşlı futbolçu I raundda Cəbəllütariq "Linkoln"unun, II təsnifat mərhələsində isə Polşa "Rakuv"unun qapısına 2 dəfə yol tapıb.
BAKI, 27 iyul - Sputnik. "Qarabağ"ın futbolçusu Redon Cica UEFA Çempionlar Liqasının (ÇL) II təsnifat mərhələsinin ilk oyunlarından sonra bombardirlik yarışına başçılıq edir.
Aktivində 4 qolu olan albaniyalı hücumçu ən sərrast oyunçuların siyahısında birincidir.
25 yaşlı futbolçu I raundda Cəbəllütariq "Linkoln"unun, II təsnifat mərhələsində isə Polşa "Rakuv"unun qapısına 2 dəfə yol tapıb.
İslandiya "Breydablik"indən Hösküldür Günleqsson, İsrailin "Makkabi" (Hayfa) klubundan Fratsdi Pyero, Slovakiya "Slovan"ından Vladimir Vayss və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından Luka İvanuşets hərəyə 3 qolla 2-5-ci yerləri bölüşdürürlər.
"Qarabağ" isə bu mövsüm ÇL-də ən çox qol vuran ikinci komandadır - 8. "Köhlən atlar" bu göstəricidə yalnız "Breydablik"dən (10 qol) geri qalır (Report).
Qeyd edək ki, Azərbaycan çempionu II təsnifat mərhələsinin ilk oyununda Polşada "Rakuv"a 2:3 hesabı ilə uduzub. Bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakı Olimpiya Stadionunda keçiriləcək.